Yuxarı

AXCP funksioneri: “Tarixi şans ayağımıza qədər gəlmişdi”

AXCP funksioneri: “Tarixi şans  ayağımıza qədər gəlmişdi”

 

“Tarixi şans ayağımıza qədər gəldi. Ordumuzun Ermənistan Silahlı Qüvvələrinə qarşı qısamüddətli savaşına dünya ictimaiyyətinin reaksiyasıbirmənalı oldu. Rusiyadan başqa bütün dövlətlər, beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqqına sahib olduğunu bəyan etdilər.

Bu dəfə hətta erməni lobbisi belə susdu. Çünki haqq bizimlədir”. Bunu “Cümhuriyət”ə açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli deyib. Onun sözlərinə görə, Avropa və Qərb bəyan etdi ki, onların neçə illərdir dedikləri ərazi bütövlüyü kağiz üzərində qalan bir anlayış deyil: “Nədir bunun sirri? Olmaya dəyişən nələrsə var? Nəyə görə ermənini dəstəkləyənlər dəyişdilər? İlk olaraq birdəfəlik hər bir kəs bildi ki, Azərbaycan torpaqlarının bir qarışını belə heç kimə güzəştə getməyəcək. Milli Ordu 90-cı illərin əvvəllərindəki ordu deyil. Milli Ordu xalqın ümid yerinə, vətənpərvər bir orduya çevrilib. Xalq da ordusunu sevdi, ona qucaq açdı. Az müddətdə ordumuz zəfər əldə etdi. Düşmən sarsıldı, bundan istifadə etsək də, az yararlana bildik. Amma daha çox uğur əldə edə bilərdik. Niyə də etməyək. Hansı ölkədə xalqın orduya belə dəstəyi olub? Hansı ölkədə gəncliyin vətəninə, ordusuna belə sevgisini görmüşdünüz? Qanı ilə, canı ilə vətənin müdafiəsinə qoşulmaq ücün səfərbər oldular. Hamı bir millət olaraq yumruq kimi birləşdi. Şəhidlərini sayğı ilə qarşılayıb, son mənzilə yola saldı. Hər birimiz şəhidlərə sayğımızı ifadə edib onların ailələrinin acısını öz acımız qəbul edib paylaşdıq. Amma hərbi əməliyyatların, Qarabağa zəfəryürüşü gərək dayandırılmamaydı. Xalq olaraq bundan çox üzüldük”.

V.Muxtar





Həftənin ən çox oxunanları