Yuxarı

Natiq Cəfərli: “Müstəqilliyimizin itirilməsi ilə nəticələnə biləcək proseslər gedir”

Natiq Cəfərli:  “Müstəqilliyimizin  itirilməsi ilə  nəticələnə biləcək proseslər gedir”

“Rusiya istəyir ki, 5 rayonu Azərbaycana qaytarsın, Qarabağı birdəfəlik ermənilərə versin, Laçın və Kəlbəcər gələcək danışıqlar predmeti olsun (Laçın koridoru danışıqlar predmeti belə olmayacaq), öz qoşunlarını Qarabağda rəsmi şəkildə “sülhməramlı” adı altında yerləşdirsin, bölgənin nəzarətini tam ələ keçirsin”.

Cebhe.info xəbər verir ki, bunu REAL Hərəkatının icra katibi Natiq Cəfərli deyib.  N.Cəfərli qeyd edib ki, Rusiya bununla həm öz, həm də vassalı olan Ermənistanın maraqlarını təmin edir və bizdə də indiki hakimiyyəti “qalib” kimi cəmiyyətə sırıyaraq, uzun illər taxtda qalmasını saxlayır: “Paralel olaraq Azərbaycan Avrasiya və Gömrük İttifaqına və Putin “NATO”suna üvz olur. Buna razı olacağıqmı, olmalıyıqmı? Qarabağı birdəfəlik itirəcəyik, sonradan hətta güc yolu ilə belə torpaqlarımızı ala bilməyəcəyik. Kremlin Abxaziyada, Osetiyada qurduğu sxemə bənzər “oyun qaydalarını” poza bilməyəcəyik. Bunu anlamalıyıq, ölkəmiz üçün çox təhlükəli, müstəqilliyimizin belə itirilməsi ilə nəticələnə biləcək proseslər gedir. Ayıq olaq, məsuliyyətli dövrdür, gələcək nəsillərin lənətini qazanmamaq üçün doğru olanı etməliyik”.

Mənsur





Həftənin ən çox oxunanları