Yuxarı

Əli Kərimli əmr gözləyir

Əli Kərimli  əmr gözləyir

 

O, yeni gücün qarşısının alınmasında öz rolunu bir də oynamaq niyyətindədir

Azərbaycan müxalifətinin məhvi missiyasını “uğurla” yerinə yetirən “Yurd” lideri Əli Kərimli yenə oyunbazlıqla məşğuldur. Qarabağda baş verən son hadisələr zamanı Azərbaycan cəmiyyəti yekdil mövqe ortaya qoydu. İctimai təşkilatlar, siyasi partiyalar dövlətin, Milli Ordunun yanında olduqlarını bəyan etdilər. Ancaq “Yurd” lideri Əli Kərimli yenə də  fərqli mövqe sərgilədi.

Belə ki “Yurd” sədri sosial şəbəkələrdə  hakimiyyətə yarınan statuslar yazdı. Məntiqlə onun bu hərəkətlərini normal və vətənpərvər bir vətəndaşın, siyasətçinin mövqeyi kimi dəyərləndirmək olardı. Ancaq Əli Kərimli xislətini azacıq da tanıyanlar bilir ki, onun hakimiyyətə bu reveransı heç də təsadüfi deyil. Çünki onu tanı-yanlar bilir ki, Əli Kərimli hər hansı məsələdə öz faydası olmasa belə mövqe sərgiləməz. Əli Kərimli milli mənafeyi üstün tutan və şəxsi maraqlarını milli maraqlarına qurban verməyi bacaran siyasətçilərdən olsaydı, onda o, zamanında Azərbaycan müxalifətinin “rəzil” günə düşməsinə imkan verməzdi və düşərgənin güclü olması üçün öz şəxsi ambisiyalarından azacıq da olsa geri durardı. Əgər o zamanında bu addımları atmadısa, bu gün onun bu addımı insanda təbii bir şübhə oyadır. Görəsən, “Yurd” liderinin bu jestinin və hakimiyyətə olan bu ilıq mesajının arxasında nə dayanır? Bu sual indi çoxlarını düşündürür. Doğrudanmı Əli Kərimli öz şəxsi ambisiyalarını milli maraqlara qurban verdi? Bax, biz də çalışıb bunu bir neçə rakursdan araşdırmağa çalışacağıq.

Siyasi cəhətdən bir az fəal olan insanlar bilir ki, Azərbaycan müxalifətinin bugünkü duruma düşməsində, bir siyasi institut kimi siyasi səhnədən getməsində əsasən 3-5 siyasətçinin rolu olub. Onlardan biri məhz Əli Kərimlidir. Proses ondan başladı ki, 90-cı illərin sonlarından etibarən  siyasi fiqur kimi siyasi səhnədə “parlayan” Əli Kərimlidə başgicəllənmələr əmələ gəldi və o, özünü siyasi müxalifətin “əvəzolunmaz lideri” kimi görməyə başladı.

Hətta bir çoxları onu siyasi müxalifətin “ağ atlı oğlanı” hesab etməyə başladı. Ancaq çoxları onu anlamadı ki, onun missiyası ölkədə siyasi müxalifət institutunun cəmiyyətdə oturuşması, demokratik proseslərin hərəkətverici qüvvəsinə çevrilməsi və dövlət maraqları tələb edəndə cəmiyyəti bir yumruq kimi bir araya gətirmək deyil. Hansı ki, bu, hazırda Azərbaycan cəmiyyətinə hava, su kimi lazımdır. Əgər zamanında ortada normal, dövlətçilik prinsiplərini öz şəxsi mənafelərindən üstün syasətçilər yetişsəydi, güclü müxalifət formalaşsaydı, Azərbaycan mürəkkəb geosiyasi proseslərdən maksimum fayda götürmək imkanı əldə edə bilərdi. Cəmiyyətin müqavimət gücünü ortaya qoymaq olardı. Təəssüf ki, özlərini siyasi lider hesab edənlərin bu “fəaliyyəti” nəticəsində biz bu gün bu acı reallıqla hesablaşmalı oluruq. Yəni, güclü hakimiyyət, güclü müxalifət məsələsində iqtidar nə qədər günahkardırsa, müxalifətdəki siyasilər də bir o qədər suçludur. Çünki uzaqgörən siyasi baxışlara malik olmayan bu siyasilər əslində, “milli savaş” adı altında öz şəxsi maraqları düşündülər, mövqelərindən maddi gəlirlərini artırmaq, varlanmaq üçün istifadə etməyə çalışdırlar. Məhz bu şəxslərdən biri də Əli Kərimli idi. Bu o, Əli Kərimli idi ki, müxalifət bir araya gəlib güc ortaya qoyanda, hakimiyyətlə gizli sövdələşməyə gedib düşərgəni zəif salmaq üçün min oyundan çıxdı. Bu deyilənləri sübut etmək üçün kifayət qədər misallar çəkmək olar. Bunları sadalayıb vaxt aparmağa lüzum yoxdur.

Artıq bunlar hamıya bəllidir. O, müxalifəti zəiflədib sıradan çıxarmaqla yanaşı, AXCP-ni də siyasi səhnədən çıxarmaq üçün məqsədyönlü işlər həyata keçirdi. O, enerjisini  90-cı illərdən başlayaraq siyasi hərəkat olan AXC-nin, sonra da siyasi partiyaya çevrilmiş AXCP-nin güclənməsinədeyil, zəifləməsinə sərf etdi. Elə bu destruktiv fəaliyyətinə və partiyada diktatura yaratmaq cəhdlərinə görə, AXCP kimi bir partiya dəfələrlə parçalanmalara məruz qaldı. Əli Kərimlinin istər müxalifətin, istərsə də AXCP-nin məhv edilməsi istiqamətində göstərdiyi fəaliyyət haqqında günlərlə danışmaq olar. Ancaq araşdırmamızın əsas məqsədi onun son hadisələr zamanı Əli Kərimlinin sərgilədiyi  mövqedir. Əli Kərimli bu hərəkəti ilə hakimiyyətə “yenə qulluq etməyə hazıram” mesajını verir, çalışır ki, ona 90-cı illərdəki kimi “yaşıl işıq” yandırılsın.Əli Kərimli bununla göstərmək istəyir ki, növbəti mərhələdə hansısa gücün ortaya çıxmasının qarşısının alınmasında öz missiyasını yenidən oynamaq niyyətidədir və əmr gözləyir. Bu versiya inandırıcı olsa da, real deyil. Çünki Əli Kərimlinin əvvəlki gücü və imkanları yoxdur. Ola bilsin ki, o bu yolla ona olan münasibəti yumşaltmağa nail olsun. Onun ölkədən çıxışına mane olmasınlar. Əli Kərimli bilir ki, onun bundan sonra siyasi səhnədərevanş götürməsi mümkün deyil. Çünki o ətrafını cəmiyyətdə söz sahibi olan və təsir imkanlarına malik insanlardan təmziləyərək müti bir “dəstə” yaradıb. Artıq bu dəstənin üzvlərinin əksəriyyəti ona inanmır və oradan getmək üçün əlverişli məqam gözləyir. “Yurd” daxilində növbəti “qiyamçılar”ın isə Gözəl Bayramlı ilə Sahib Kərimli olacaq. Hazırda onlar “Yurd” daxilində qüvvələrini səfərbər edib, özlərinə tərəfdar toplamaqla məşğuldurlar. Bütün bunları görən Əli Kərimli ən əlverişli çıxış yolu kimi ölkədən getməyi üstün tutur. Xarici ölkə banklarında milyonlarla vəsait yerləşdirmiş Əli Kərimlini gecə-gündüz bir məsələ düşündürür: ölkəni  tərk etmək, xaricdəki biznesinin başına keçib “siyasi mühacir” rolunu davam etdirmək. Onun hakimiyyətə son bu yalvarışı da bu məqsədə xidmət edir.

Əfqan





Həftənin ən çox oxunanları