Yuxarı

Parlament seçkiləri: kim şanslıdır?

Parlament seçkiləri: kim şanslıdır?

Seçki fəallığını əngəlləyən  əsas faktorlar haqqında 70059286 Noyabrn 1-i ölkə vətəndaşları Azərbaycan Respublikasının müstəqilliyi dövründəsayca 6-cı parlament seçkilərində səsverməyə qatılacaq. Milli Məclisə növbəti seçkidən əlavə 7 dəfə prezident, 3 dəfə bələdiyyə seçkilərinə,5 dəfə isə referenduma qatılmış seçicilər fəallaşmaq, səsvermədə aktiv iştirak əvəzinə getdikcə passivləşirlər.Türkiyədə keçirilən seçkilərə maraq Azərbaycan vətandaşları arasında daha çoxdur. Nə qədər qəribə olsa da, ölkəmizdə keçirilən seçkilərdə real iştirak imkanı olan bu  toplum yerli səsvermədə iştiraka çox həvəssiz görünür. Bu isə o deməkdir ki, Azərbaycanda seçkilərdə seçici aktivliyinin azaldılması süni vasitələrlə reallaşdırlır. Bir az da konkret desək, informasiya bolluğunda yaşadığımız bir zamanda seçicilərlə namizədlər arasında gözə görünməyən baryerlər qurulur, səsvermə hüququ olanların öz namizədləri ilə görüşləri məhdudlaşdırılır, mandat uğrunda mübarizə aparan müstəqil və ya müxalif namizədlərin əsas təbliğat vasitəsi olan TV, radio və çoxtirajlı çap mətbuatına çıxışı əngəllənir  və yaxud da konkret olaraq bu kimi hallara qeyri-rəsmi qadağa qoyulur. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu məhdudiyyətdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun noyabrn 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi ölkəmizdəki seçki mühitindəki şəffaflığa inamı daha da sarsıtdı. Dərinləşən iqtisadi böhran şəraitində seçkilərin keçirilməsi formal bir hadisəyə bənzəyir. Hakimiyyətin hər hansı güzəştə gedəcəyi və ölkədə vətəndaşların xeyrinə dəyişikliklər edəcəyi gözləninilmir. Ölkəmizdəki seçkilərə inamı və seçici fəallığını azaldan 5əsas amil isə aşağadakılardır. 1) Xüsusilə də ötən ilin Bələdiyyə Seçkilərində müşahidəçilər tərəfindən qeydə alınan ciddi qanun pozuntularının, “karusel əməliyyat”larının videosübutlara baxmayaraq lazımi hüquqi qiymətinialmaması. 2) Son beş ildə seçki kampaniyasının müddətinin 4 aydan 2 ayadək, təşviqat kampaniyasının isə 60 gündən 3 həftəyədək azaldılması. 3) Dövlət telekanalları və İctimai Televiziyanın dövlətdən 400 mln. dollar həcmində yardım almasına baxmayaraq, yalnız İTV-nin məhdud qaydada pulsuz efir təqdim etməsi. 4) 2012-ci ildən etibarən razılaşdırılmamış mitinqlərə görə cərimələrin rekord miqdarda – 2400 dəfə artırılması. 5) Siyasi məhbusların, insan haqları fəallarının, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarının həbs olunmaları. Seçki öncəsi siyasi partiyalar da seçkinin formal olduğuna dair səslənən fikirlərlə razılaşmış kimi görünür. Əvvəlki seçkilərdən fərqli olaraq, boykot çağırışları ciddi müstəviyə qalxmadı. Bu isə müxalif partiyalarda seçkiyə inamın artmasıkimi yox, sadəcə seçkidə iştirak etməyin boykotdan daha vacib olmasının dərk edilməsi ilə əlaqədardır. Lakin, partiyaların kütləvi mediaya çıxış tapması, seçiciyə öz üstünlüklərini göstərməsi, həmçinin seçkilərdəki şəffaflığa nəzarət etmək cəhdləri hələ də ən böyük problemlərdən biriolaraq qalmaqdadır. Ölkənin iki köklü partiyası – AXCP və Müsavatda daxili çəkişmələrin, parçalanmaların, partiya liderlərinə qarşı ittihamların artması son ümidləri də puç edir. Bütün bu hadisələrin fonunda YAP-ın və YAP-a tabe “peyk partiyalar”ın seçki öncəsi susqunluğu həm də müxalif partiyalar üçün manevr imkanları yaradır. Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli cebhe.info-ya açıqlamsında seçkiöncəsi susqunluğun daha da dərinləşməsinin günahını iqtidar ilə yanaşı müxalif qüvvələrdə də gördüyünü bildirib: “Uzun illərdir ki, hakimiyyət məqsədyönlü şəkildə çalışırdı ki, insanlarda seçkiyə maraq az olsun. İnsanları seçkilərdə heç bir şeyə nail olmayacaqlarını inandırmağa çalışırdılar. Deyərdim ki, məqsədlərinə nail olublar. Son bir ildə isə ümumiyyətlə vətəndaş cəmiyyəti, qeyri hökumət təşkilatları passivləşib. Heç olmazsa, daha öncəki illərdə dəyirmi masalar təşkil olunur, müzakirələr aparılırdı. İndi isə siyasətə münasibət tamam dəyişdirilib. Hakimiyyət çalışır ki, insanları siyasətdən ayrı salsın, siyasətin çirkli bir oyun olduğunu və müsbət heç bir şey daşımadığını aşılasın. Bütün bunların nəticəsi olaraq seçkilərə inam minimum həddə qədər azaldılıb. Sözsüz ki, bütün bunların tək günahkarı hakim qüvvələr deyil. Günahkar həm də müxalif dairələrdir. Müxalifətin vəd etdiklərini dəfələrlə yerinə yetirməməsi, lazımsız siyasi hərəkətləri bu günki vəziyyətin yaranmasına gətirib çıxardı. Bütün səbəblərin ortaq nəticəsi odur ki, hazırda seçki mühiti yox dərəcəsindədir”. Naqiq Cəfərli həmçinin qonşu Türkiyədə keçiriləcək təkrar seçkilər öncəsi cəmiyyətdəki marağı misal gətirərək deyir ki, insanlara məsləhət görərdim ki, türk televiziyalarına baxsınlar:"Türkiyədə də təkrar parlament seçkiləri bizimləeyni gündə-noyabrn 1-də keçiriləcək. Seçki öncəsi canlı yayımlarda partiyaların öz sözlərini deməsi, tənqidi mühit Azərbaycanla yan-yana tutulduqda müqayisəolunmazdır”. Müstəqillik dövründə müxalifətin seçkidə qalib olma şansları ən aşağı səviyyədədir. Müxalif partiylarda seçkilərdə imzatoplama mərhələsində maneələrin olacağı şübhəsizdir. Lakin, ölkədə dərinləşən böhranın vəziyyəti müxalifətin xeyrinə dəyişəcəyinə dair ümid yaradır. Bu isə ilk növbədə seçkilərin nə dərəcə şəffaf keçirilməsindən daha çox asılıdır. Ümumilikdə isə seçki durğunluğunun partiyalara yaratdığı şanslar aşağıdakı kimidir: Hakim partiyanın (YAP)hazırkı dövrdə müxalifətə hansısa sivil yollarla güzəştə gedəcəyi gözlənilmir. Gündəmdə olan məsələ isə partiyanın Milli Məclisdəki üzvlərinin tərkibini necə dəyişəcəyidir. Artıq “qocalar evi”ni xatırladan Milli Məclisdə radikal dəyişikliklər labüd olsa da, siyasi cəhətdən yetərincə savadlı olan gənclərin yetişməməsi partiyanı çətin duruma sala bilər. Hakim partiya “peyk partiyalar” vasitəsi ilə də formal şəkildə sözdə müxalif olan partiya nümayəndələrini parlamentdə çoxalda bilər. Bu da o deməkdir ki, hakim partiya nə yolnan olursa olsun Milli Məclisi tam olaraq əlində saxlamağa çalışacaq.   Müsavat partiyası: Son dönəmlər partiyadaxili intriqalardan baş aça bilməyən Müsavatın seçkidə azsaylı mandat qazanmaq ehtimalı ancaq bir halda mümkündür ki, beynəlxalq təzyiqlər nəticəsində hakimiyyət bu partiyaya çox cüzi şəkildə güzəşt tanısın. Bu həm də partiyanın yeni siyasi, maliyyə dayaqları tapması və ölkə siyasətində öz yerini qoruması üçün vacibdir. AXCP: Müsavat partiyasında olduğu kimi AXCP-də də seçkilərə yaxınlaşdıqca partiyadaxili intriqalar dərinləşməyə doğru gedir. Hakimiyyətə qarşı ən kəskin və radikal mövqedə olan partiyanın hazırkı vəziyyətdə nəyəsə nail olacağı inandırıcı görünmür. Xüsusən də partiya lideri Əli Kərimliyə qarşı həm partiyanın özündə, həm də digər siyasi dairələrdə səslənən kəskin tənqidi fikirlər AXCP-nin siyasi çevrədə imicinə böyük zərbə vurur. Bu isə pariyanın nəinki seçkilərə qatılması, hətta seçkiöncəsi əks-təbliğat nəticəsində tamamilə fiaskoya uğramasına gətirib çıxara bilər. REAL hərəkatı: Son bir ilə yaxın müddətdə susqunluğa son qoyaraq aktiv siyasi qüvvə kimi meydana atılan REAL hərəkatı partiyaya çevrilə bilməsə də, seçkilərdə Müsavatla birgə azsaylı mandat qazanmağa şanslılar sırasındadır. Hərəkat liderlərinin radikallıqdan uzaq olması, Azərbaycan siyasətində yeni siyasi təfəkkür yaratmağa cəhd etməsi onların yeni siyasi gücə çevrilmək şanslarını artırır. Hərəkat son illərdə cəmiyyətlə ən uğurlu fikir mübadiləsi aparmağı bacaran siyasi qüvvəyə çevrilməkdədir. Seçkilərdə iştirak edən digər siyasi partiyalardan bəzilərinin şansı az olmaqla yanaşı,onlardan bir neçəsinin hakim partiyanın xeyrinə manevr edəcəyi gözləniləndir. Seçki prosesindəki “buz dövrü”nün sirləri isə imza toplanması prosesindən sonra keçiriləcək təbliğat dövründə daha aydın çözüləcəkdir. Rahim Şalıyev              





Həftənin ən çox oxunanları