Yuxarı

Razi Nurullayev: "Siyasi meyitə çevrilmiş Əli Kərimlini dirildirlər"

Razi Nurullayev:

 

Aprel ayının əvvəlində cəbhədə gedən 4 günlük döyüşlərdən sonra bir qrup şəxs Əli Kərimlinin evinin qarşısına yığışaraq aksiya keçirməyə başladı. Aksiya iştirakçıları "Yurd" sədrinə qarşı müxtəlif şüarlar səsləndirdilər. Aksiya həm müxalifət, həm də iqtidar cəbhəsi tərəfindən heç də xoş qarşılanmadı.

AXCP sədri Razi Nurullayev bu məsələyə münasibət bildirib:

"Əli Kərimlinin yenidən siyasi səhnə üçün dirildilməsi prosesi işləndi. Ona görə bunu deyirəm ki, biz neçə vaxtdır Azərbaycan siyasətində yeniliyin, islahatların  tərəfdarı idik. Lakin heç bir zaman deməmişik ki, Əli Kərimli klassik mənada xəyanətkardır. Bəli, özünün marağı olmayan, siyasəti işləməyən yerdə o, düşmənə çevrilir, bu birmənalıdır.

Düşünürəm ki, ictimai rəydə bir fikir yaranmalıdır ki, doğrudan da, yeni insanlara, siyasətçilərə ehtiyac var və bu gün də bu ehtiyac hiss olunur. Ancaq yenidən kimlərinsə marağındadır ki, Əli Kərimlini təzədən "diriltsinlər". Birmənalı olaraq "Yurd" sədri si-yasi meyitə çevrilmişdi. Ancaq onu yenidən dirildirlər. Neçə illərdir ki, televiziyaya buraxılmırdı. Necə olur ki, o, televiziyaya buraxılmır, xalq tərəfindən unudulur və belə bir çətin məqamda yenidən o, televiziyalara çıxarılır və reklamı aparılır. Hər bir ağıllı insan bilir ki, evin qarşısında aksiya keçirməklə Azərbaycan xalqı onu düşmən kimi görməyəcək. Hətta o, klassik mənada xəyanətkar olsa belə, xalq onun düşdüyü məzlum duruma görə buna inanmayacaq. Bu, birbaşa onun yenidən siyasi səhnəyə çıxmasına, siyasi səhnədə görünməsinə xidmət edir. O, insanlara tanış üzdür və insanların onun görməkdən bezdiyi bir simadır. Onsuz da yenidən liderə çevrilə bilməyəcək. Bu gün isə yenidən məzlum sifəti formasında özünə dəstək qazanmaqdadır. Hətta bu gün ona qarşı ən sərt siyasi mövqe sərgiləyən Razi Nurullayev belə onun haqqında sərt ifadələr işlədə bilmir. Çünki yenidən siyasət meyadanında olmasını istəyənlər onu guya məzlum duruma salıb. İnsanların yazığı gəldiyindən və eyni zamanda mən də onun halına acıdığımdan bu məsələləri deyirəm. Bax ona görə də bu gün Əli Kərimli dirildildi. Ancaq bunu edən insanlar başa düşməlidir ki, artıq onu siyasi fiqura çevirə bilməyəcəklər..."

Cebhe.info





Həftənin ən çox oxunanları