Yuxarı

Milli Davanın qəbirqazanı: “Yurd” çetesi

Milli Davanın qəbirqazanı: “Yurd” çetesi

Əli Kərimli milli müqavimət gücünü dağıtmaqla məşğuldur

Azərbaycan Xalq Cəbhəsi siyasi partiyaya çevriləndən sonra bu qocaman təşkilatın problemləri özü boyda böhran həddinə çatdırıldı. Kənar qüvvələrin müdaxiləsi ilə bu qurumun bürokratiyasını ələ keçirmiş Əli Kərimli və onun “Yurd”çu çetesi Azərbaycan Milli Hərəkatını tamamilə fərqli məcraya yönəltməyi hədəfə almışdı. Ona dəstək verənlərin sifarişi də bundan ibarət idi. Buna müəyyən mənada nail oldular da.

Özəlliklə 1995-ci ildə “Əsrin müqaviləsi” imzalanandan sonra qazanılan fürsət əldən buraxılmadı. Bununla da Azərbaycanın sosial-ictimai mənzərəsində köklü proseslər müşahidə olunmağa başladı. Neft müqavilələrinə imza ataraq milyardlarla gəlir əldə edəcək nəhəng xarici şirkətlərin yedəyində durmuş “missioner” təşkilatlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər iri şəhərləri özlərinin nüfuz dairəsinə bölmüşdülər. Əli Kərimli “çetesi” vasitəsilə nəzərdə tutduqları prosesi gerçəkləşdirmək istiqamətində ciddi fəaliyyətə başladılar.

“Yurd” Qərbin maşasına çevrilir

Bu yolda əsas maneə AXC hesab edilirdi və “missioner” təşkilatların ehtiyat etdiyi qüvvə həqiqətən də Xalq Cəbhəsi idi. Bu projeyə dirəniş göstərmək gücündə olan və Milli Hərəkatın əsas nüvə mərkəzi sayılan AXC-nin tədricən siyasi partiyaya çevrilməsi prosesi elə bu zaman gündəmə gətirildi. Beləliklə, “Yurd” çetesinin AXCP-nin rəhbərliyində möhkəm dayaqlara malik olması xarici çevrələrin maraq dairəsinə çevrildi. Əbülfəz Elçibəyin məcburi şəkildə Kələkidə olması bu fürsəti daha da asanlaşdırırdı. Ona görə xarici missionerlərin əlaltısına çevrilən “Yurd” Elçibəyin geri dönəcəyi mərhələyə qədər prosesləri tam şəkildə həll etmək və öz sifarişli ali məramını reallaşdırmaq istəyirdi. Bunun üçün külli miqdarda tələb olunan vəsait elə həmin neft şirkətlərinin “sosial məsrəflər” adı altında bəzi ictimai institutlara ötürülməyə başladı. “NDİ” (Milli Demokratiya İnstitutu), “Ceymstaun Found” (ABŞ), “Henrix Böll İnstitutu”, “Nauman Foundu” (Almaniya)və digər xarici şəbəkələrin strateji hədəflərində yer alan başlıca məqsəd AXC-nin siyasi partiyaya çevrilməsi və milliyyətçi düşüncə sisteminin tamamilə iflasa uğradılması idi. Beləliklə, “Yurd” çetesi canla-başla irəli sürülən proyekt üçün çalışmağa başladı.

Missiya yerinə yetirildi: Ən böyük siyasi güc parçalandı

“Yurd” çetesi AXCP-nin yaradılması yönündə ilk addım kimi 1988-ci ildən taleyini milli mücadiləyə həsr etmiş insanların təşkilatdan dışlanılması prosesinə başladı. Faktiki olaraq, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı statusunu qazanmış hərəkat ikiyə bölündü. Beləliklə, “Yurd” və klassik milli mübarizə tərəfdarlarına məxsus səngərlərdən qarşılıqlı şəkildə çamur yağmurları bütün ölkəni bürüdü. Hər şey Birinci Qarabağ Savaşı qədər dəhşət saçan proseslə müşahidə olunurdu. Bütün bunlardan tək yararlanan kəsim “xarici donor” adı altında fəaliyyət göstərən fondlar idi. Sürgündə olan AXC lideri Əbülfəz Elçibəyin dönüşünə qədər proses tamamlanmalı idi. “Yurd” çetesinin nümayəndələri xarici donorlardan alınaniri həcmli qrantlar hesabına məmləkəti qarış-qarış gəzərək, AXC-nin strukturlarını öz məqsədlərinə yönəltmək üçün minbir vədlər verir, qarşıya qoyulan vəzifəni icra edirdi.

Missioner təşkilatların planlı şəkildə neftlə zəngin olan ölkələrdə “iqtisadi kolonial” siyasətinin rəsmi status qazanması Azərbaycan Milli Hərəkatının “Yurd” çetesinin vasitəsilə parçalanması sayəsində mümkün oldu. 1996-cı il bunun üçün ən əlverişli il oldu. Hakimiyyətin də uzaq hədəflərdə yer alan marağı AXC-inin Qərbin iradəsi altında siyasi partiyaya çevrilməsi ilə uzlaşırdı. Beləcə AXC-nin bazası əsasında 95-ci ildə AXCP yarandı. Əbülfəz Elçibəyin dönüşünə kimi hər şey öz həllini tapmışdı. 1997-ci ilin sonunda Bakıya dönən AXCP sədri Elçibəy 1998-ci ildə Bütöv Azərbaycan Birliyi adlı qurum yaratmaqla hədəfinin təkcə iqtidar deyil, həm də Qərb olduğunu bir növ elan etdi. Bu dönəmdə Qərbin “donor” institutlarının maliyyə dəstəyi ilə Azərbaycan Milli Hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəyə qarşı “Yurd”çu çetenin çoxsaylı mətbu orqanlarında çamurlar atılmağa başlanıldı. Bir yandan hakimiyyət, o biri yandan Qərbin institutları əllərindən gələni etməyə çalışdılar ki, AXCP mümkün qədər “Yurd”çu çetenin nəzarətində olsun. Çünki Əbülfəz Elçibəyin gizli saxlanılan xəstəliyi haqqında hər iki tərəfin ciddi bilgisi var idi. Onlar böyük liderin qarşısında süni əngəllər yaradaraq mümkün qədər vaxt qazanmağa çalışırdılar. Beləliklə, proseslər 2000-ci ilin 22 avqust tarixində Əbülfəz Elçibəyin həyatının son gününə kimi davam etdirildi.

Parçalanmış milli hərəkatın xarabalıqları

Azərbaycan Milli Davasının fəal tərəfdarı olanlar 2000-ci ildən etibarən Klassik Xalq Cəbhəsi və Müsavatpartiyalarına transfer olmağa başladılar. Bu ayrılmalar dolayı da olsa, “Yurd”çu çetenin nəzarətindəki çoxsaylı KİV-lərdə “bəh-bəh”lə qarşılanırdı. Daha sonra isə“Bütöv Azərbaycan Xalq Cəbhəsi”, “Aydınlar”, “Böyük Quruluş”, “Milli Dirçəliş” və digər adlar altında yeni qopmaların sayəsində fərqli partiyalar yarandı.

Son həmlə isə 2015-ci ildə oldu. Bu dəfə Əli Kərimli və “Yurd” əvvəlki oyunlarını tam həyata keçirə bilmədi. 2015-ci ildə Əli Kərimli yenidən AXCP-də olub-qalan milli qüvvələri, ölkədə həqiqi demokratiya istəyənləri hədəfə alaraq, növbəti dəfə təşkilatdan dışlamağa çalışdı. Razi Nurullayevi və digər həmfikirlərini, Əli Kərimlinin oyunbazlığını qəbul etməyən gəncləri sıradan çıxarmağa və AXCP-ni özünün “monoloq təşkilatı”na çevirməyə cəhd etdi. Bu dəfə necə deyərlər, “daş qayaya rast gəldi”. Missioner təşkilatların əvvəlki siyasi ehtirası olmadığından Əli Kərimlinin əsas gücü cəmiyyətə aydın oldu. Deməli, bu adam siyasi yetkinliklə deyil, xarici havadarlarının və hakimiyyətin bununla uzlaşan marağına görə güclüymüş və illərlə AXCP-ni buna görə istismar edə bilirmiş. Bu dəfə həmin maraqlar uzlaşmadığından Kərimli “çetesi” məğlub oldu və AXCP 18 oktyabrda Əli Kərimlinin siyasi işğalından qurtuldu. Etimad Qurultayı keçirildi və partiya özünə yeni sədr seçdi, Elçibəy ideyalarını yenidən gündəmə gətirdi.

Dağıdıcı missiya davam edir

“Yurd” və onun rəhbəri Əli Kərimlinin 1995-ci ildən başladılan missiyası ilə həyata keçirilən projelər nəticəsində ölkənin siyasi çevrəsi və müxalifəti artıq konturlarını itirmiş vəziyyətdədir. Onların dağıdıcılığı ilə Azərbaycanın ictimai və siyasi proseslərində fərqli ayrıntılara yol açıldı. Faktiki dağınıq bir mənzərəni xatırladan və siyasi xarabalığı xatırladan milli mücadilənin astar üzü dəhşət saçmaqla Azərbaycanın acı taleyinə çevrilmişdir. XXI yüzilin şərtləri içində tələb olunan proseslərdən xalqımız beləcə çox geri qalmış durumdadır. Siyasi şərtlərə görə istənilən ictimai qurum və sosial güc sadəcə ölkə daxilində deyil, həm də onun coğrafi sərhədlərini bəlirləyən struktur deməkdir. “Yurd”çu çetenin 21 ildir apardığı siyasətin qarşılığında Azərbaycan xalqının qarşısında milli vəzifələr ətalət bataqlığında itib-batmışdır. Azərbaycan xalqının mənsub olduğu Qafqaz, Güney Azərbaycan və Türk Dünyası içində gücə çevrilməsi həm də qlobalizm standartları içində bizləri yox etmək istəyən güclərə ən böyük cavab ola bilərdi. Bütün bunları ölü nöqtəyə qədər daşıyan isə “Yurd”çu çete oldu. Əslində bu prosesi ermənilərin Azərbaycan torpaqlarını bunca işğal siyasəti qədər acı həqiqətlər adlandırmaq daha doğru olardı. Millətin daxili milli müqavimətini kərpic-kərpic sökməklə məşğul olan “Yurd”çu çete son illərdə daha yeni bir texnologiyaya üz tutub. Bu, “siyasi biznesmen” statusu ilə yönləndirilən dərin siyasi maraqların müstəvisində milli enerjinin daxili faktorlar əsasında iflasa uğradılması mərhələsidir.

“Cümhuriyət”in Analitik Qrupu





Həftənin ən çox oxunanları