Yuxarı

AXCP sədr müavini: “Ümid müharibəyə qalır”

AXCP sədr müavini: “Ümid müharibəyə qalır”

“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması xəyallarını artıq unutmalıyıq. Müharibə yolu ilə alınan torpaqlar sülh yolu ilə qaytarıla bilməz”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini Ehtiram Mehdiyev deyib.

E.Mehdiyev qeyd edib ki, BMT-nin 4 qətnaməsi və Minsk Qrupuna verilən mandatda tələb olunurdu ki, erməni işğalçı qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxarılsın:

“Bunlar hamısı qulaqardına verildi və Madrid prinsipləri ortalığa gəldi, ona da məhəl qoyulmadı. Ermənistanın danışıqlardan imtina etməsi onu göstərir ki, düşmən tərəfinin belə cəhdləri çox olacaq. Azərbaycan bunu gözləmək məcburiyyətində deyil. 20 ildir Minsk Qrupunun, BMT-nin qərarlarına məhəl qoymayan Ermənistan tərəfi niyə də qarşısında güclü Azərbaycan ordusunu görməməlidir? Beləliklə, ümid müharibəyə qalır. Artıq atəşkəsi Ermənistan tərəfi deyil, biz pozmalıyıq. Bu gün Ermənistanda hökm sürən ciddi iqtisadi böhran və ordudakı acınacaqlı vəziyyətdən Azərbaycan tərəfi maksimum istifadə etməlidir. Təbii ki, bu problemlər düşmən ordusunda psixaloji bir gərginlik də yaradıb. Düşmən ordusunun bu vəziyyətdə olması isə Azərbaycan əsgərlərində ruh yüksəkliyi yaradır. Eyni zamanda ordumuzun bugünkü imkanlarını da nəzərə alsaq, düşmən ordusu bu vəziyyəti ilə qarşımızda duruş gətirə bilməz.

Lakin Azərbaycan tərəfi Ermənistanın bu ağır vəziyyətindən arxayınlaşmamalıdır. Ermənistan ordusu zəiflədikcə, Azərbaycan ordusu güclənməlidir. Biz ordumuzda problemlərin olmamasına, döyüş qabiliyyətinin daha da yüksəlməsinə, köhnə səhvlərin təkrarlanmamasına çalışmalıyıq. Arxayınlaşmaq olmaz”.

Mənsur





Həftənin ən çox oxunanları