Yuxarı

AXCP sədrindən Siyavuş Novruzova cavab: “Bir gün bizi tanıyar...”

AXCP sədrindən Siyavuş Novruzova cavab: “Bir gün bizi tanıyar...”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib ki, biz hazırda özünü Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandıran tərəflərdən heç birini tanımırıq. 

Eyni zamanda o bildirib ki, AXCP adından iki tərəf çıxış edir. Onların məhkəmə iddiası isə tanınmayıb. Ədliyyə Nazirliyi hansını partiya kimi qeydiyyata alsa o öz fəaliyyətini davam etdirəcək. Bizə gəlincə isə biz heç birini AXCP olaraq tanımırıq.

AXCP sədri Razi Nurullayev cebhe.info-ya açıqlamsında AXCP-nin real təmsilçiləri olduqlarını dedi:

“Bizim bildiyimiz bir həqiqət var. Məhəmməd Əmin Rəsulzadənin və Əbülfəz Elçibəyin ideyalarının daşıyıcısı olan partiyanın - AXCP-nin real təmsilçisi bizik. Təmsil etdiyim partiyanın siyasi hakimiyyət tərəfindən tanınmasını, məhkəmənin də tezliklə qərar verməsini istərdim. Amma onlar bizi tanımırsa, Siyavuş müəllim bizi tanımaq istəmirsə, bunda da problem görmürük. Hər kəsin sərbəst düşünmək və düşündüyünü dilə gətirmək haqqını tanıyırıq”.

AXCP sədri qeyd edib ki, xalq AXCP kimi bizi tanıyır və bizim üçün əhəmiyyətli olan da budur:

“Bizim üçün vacib olan xalqın bizi tanımasıdır. Şükürlər olsun ki, buna da nail olmuşuq. Partiyamız ölkənin böhrandan çıxması üçün əhəmiyyətli proqramlar hazırlayıb və Siyavuş müəllimin təmsil etdiyi hökumətə göndərib. Onlar da bizə cavab veriblər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkədə müzakirə mövzusuna çevrlən Vahid Qərar Şurası təklifini irəli sürmüşük və müzakirəsi davam edir. İnşallah, bir gün Siyavuş müəllim də daşı ətəyindən tökər və bizi tanıyar”.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları