Yuxarı

AXCP sədri Razi Nurullayev Fransa səfirliyində görüş keçirib

AXCP sədri Razi Nurullayev Fransa səfirliyində görüş keçirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev Fransanın Azərbaycandakı səfirliyinin birinci katibi xanım Fabienne Drout-Lozinski ilə görüşüb.

Razi Nurullayev görüş zamanı Qarabağ problemini də müzakirə etdiklərini bildirib:

“Fransa səfirliyinin birinci katibi xanım Fabienne Drout-Lozinski ilə görüşüb ictimai-siyasi məsələləri, ölkədə baş verən və ola biləcək hadisələri müzakirə etdik. Hətta Formula 1 yarışlarına da yer ayırdıq. Ölkəmizdə müxalifətdaxili münasibətlər və iqtidar-müxalifət münasibətlərinə də xeyli yer ayırdıq.

Ən çox müzakirə etdiyimiz məsələdən biri də Dağlıq-Qarabağ üzrə Vahid Qərar Şurasının yaradılması məsələsi oldu. Mövzu ətrafında geniş fikir mübadiləsi apardıq. Ümidvar oldum ki, münaqişənin ədalətli həllində maraqlı olan ölkələr və beynəlxalq təşkilatlar da bizə dəstək verəcəklər.

Görüşdə bizi maraqlandıran bir sıra digər məsələlər müzakirə edildi”.

 





Həftənin ən çox oxunanları