Yuxarı

Razi Nurullayevdən hakimiyyət çağırış: “Dünya o ananın göz yaşına dəyməz”

Razi Nurullayevdən hakimiyyət çağırış: “Dünya o ananın göz yaşına dəyməz”

“NİDA üzvləri Bayram Məmmədov və Qiyasəddin İbrahimovun dörd ay müddətinə həbsə atılması bütöv Azərbaycanda qəzəb doğurub. Onların etdikləri xuliqanlıq hərəkətidir və cəzaları da maksimum 30 sutka həbs ola bilərdi. İki cavan ömrü həbsxanada çürütmək yolverilməzdir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədri Razi Nurullayev deyib. R.Nurullayev qeyd edib ki, təhqir, aşağılama və insan heysiyyatına toxunacaq kobud davranış yolverilməzdir.

“Digər tərəfdən nə çilədirsə, hərəkata qoşulanlar, siyasi fəallıq göstərənlər və hakimiyyəti tənqid edənlər narkomaniyaya qurşanırlar. Bu gün dünyada yüz minlərlə insan var ki, dissertasiya mövzusu axtarışındadır. Bütün dünya üçün Azərbaycanın siyasi fəallarının narkomaniyaya qurşanması fenomeni üzrə yüzlərlə dissertasiya işi müdafiə edilə bilər. Bəlkə, bu fenomenin kökünü qazıyıb, çıxış yolunu göstərənlər Nobel mükafatı da ala bilər” ,- deyə AXCP sədri məsələyə özünəməxsus tərzdə münasibət bildirib.

“Hər zaman demişik və yenə də deyirik. Təhqir, aşağılama və insan heysiyyatına toxunacaq kobud davranış yolverilməzdir. İstər bunu müxalifətin siyasi fəalı, istərsə də siyasi hakimiyyətin məmurları etsin. İnsan şəxsiyyətinə hörmət etmək həm də hörmət görmək deməkdir. Amma insanlara şər atmaq, etmədikləri cinayət üzrə onları həbsə göndərmək çox üzücüdür və siyasi qruplar arasında uçurumu dərinləşdirir, cəmiyyətdə çox böyük siyasi bölücülük yaradır.

Mən də inanıram ki, Bayram Məmmədov və Qiyas İbrahimov nə narkotik aludəçisi, nə də kiloqramlarla heroin satandırlar. Zatən onların ailə üzvləri və yaşayış tərzləri artıq ictimaiyyətə təqdim olunub. İnsan ürək ağrısız baxa bilmir. Bu, o gənclərin valideynlərinə qarşı böyük ədalətsizlikdir”,- deyə Razi Nurullayev vurğulayb.

AXCP sədri siyasi hakimiyyəti Bayram Məmmədovun və Qiyas İbrahimovun üzərindən saxta ittihamları götürməyə və pozulan hüquqlarını bərpa etməyə çağırırıb: “22 yaşlı Qiyasın anasının göz yaşına dəyərmi? Bütün dünya o göz yaşına dəyməz!”

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları