Yuxarı

AXCP sədri: “Nə qədər kor və kar olmaq lazımdır ki, şəhid olan Azərbaycan əsgərini görməyəsən”

AXCP sədri: “Nə qədər kor və kar olmaq lazımdır ki, şəhid olan Azərbaycan əsgərini görməyəsən”

“Həqiqətən də, dünyada xristian və müsəlman təəssübkeşliyi mövcuddur. Məsələ burasındadır ki, bu təəssübkeşlik siyasətə də sirayət edib və insanlara həqiqətləri görməyə maneçilik edir. Ən çox bu təəssübkeşliyi Dağlıq-Qarabağ münaqişəsinə münasibətdə hiss etmək olur. Xristian siyasətçilər sanki özlərini korluğa və eşitməzliyə vururlar. İkili standartları elə məharətlə oynayıb, ona hüquqi don geyindirirlər ki, adamda ikrah hissi oyadır”.

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib. Partiya sədrinin sözlərinə görə, bu cür ədalətsizliklər və ikili standartlar zorakılıq və qisasçılıq hissləri yaradır:

“Dünyanı başına alan terrorizmin kökündə dayanan məsələlərdən biri də insanlar arasında qoyulan sosial ədalətsizlik və siyasi ikili standartların tətbiq edilməsidir. 1-5 aprel tarixində baş verən müharibədə Azərbaycan əsgərləri də şəhid olub. Allah onlara rəhmət və məkanlarını da cənnət etsin. Amma görünən budur ki, xristian mənşəli insanlar, siyasətçilər və təşkilatlar ermənilərə daha isti yanaşırlar, onların dərdlərinə şərik olur və onları regionun əzabkeşi görməkdə davam edirlər. Nə qədər kor və kar olmaq lazımdır ki, bir milyona yaxın Azərbaycan qaçqın və köçkünlərini görməyəsən, təmas xəttində xain erməni gülləsindən şəhid olan Azərbaycan əsgərini görməyəsən, dünyanın Azərbaycanın ərazisi kimi tanıdığı Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi təqdim etməyə qarnın sancılana və o qədər cahil və ədalətsiz olasan ki, Dağlıq Qarabağdan kənar yeddi rayonun da işğalına göz yumasan. Mən vətəndaş və siyasətçi olaraq, dözümlü, müdrik və qlobal düşüncəli olmağın tərəfdarıyam. Amma əgər qarşı-qarşıya dayandığım şəxs, dövlət və ya təşkilat bu dəyərləri bölüşmürsə, katolikdən çox katolik olmağa ehtiyac yoxdur.

Xalqımıza Dağlıq Qarabağ torpaqlarında bayram tədbirləri keçirməyi və düşmənlərin paxıl gözlərini çıxarmağı arzu edirəm. Bir də arzu edirəm ki, dini təəssübkeşlik insanların həqiqəti görmək üçün gözlərini pərdələməsin”.

 





Həftənin ən çox oxunanları