Yuxarı

7 iyun prezident seçkilərindən 24 il ötür

7 iyun prezident seçkilərindən 24 il ötür

“7 iyun 1992-ci il Azərbaycanda Milli Hərəkatının lideri Əbülfəz Elçibəyin prezident seçildiyi gündür. Həmin gün Azərbaycanda milli qüvvələr iqtidara gəldi. Bu dövr milli dirçəliş dövrüdür. Bu gündən o günə elmi baxışla baxsaq, Azərbaycanın tarixində bu dövr 1918-20-ci illərdən sonra ən möhtəşəm dövrdür”.

Cebhe.info xəbər verir ki, bu sözləri tarixçi alim Dilavər Əzimli deyib.

D.Əzimlinin sözlərinə görə, seçkilərdən sonra qısa dövrdə mühüm addımlar atılıb:

“Amma qonşumuzda Rusiya və o cümlədən Qərb dövlətləri milli dövlətin sıradan çıxması istiqamətində bir araya gəldilər. Maraqları üst-üstə düşdü. Söhbət maddi ehtiyatlarla zəngin olan Azərbaycana sahib olmaqdan gedirdi. Nə qədər ki, bu dövlətin başında Əbülfəz Elçibəy durmuşdu. onlar buna nail ola bilmirdilər. Neft müqavilələrində faiz dərəcəsi onları qane etmirdi. Onlar daha çox pay istəyirdilər. Qonşu İran daha çox həyəcanda idi. Milli dövlət həyatda qalardısa, Azərbaycanın Güney tezliklə ayrılıb, Quzeylə birləşə bilərdi. Bütün İran əraziləri Azərbaycandan asılı vəziyyətə düşə bilərdi.

İran ənənəvi olaraq Rusiya ilə birləşib Əbülfəz Elçibəy iqtidarına qarşı mübarizəyə başladı. Onlar daxildə olan antimilli qüvvələri öz nəzarətləri altına aldılar. Bunu nəticəsində 1993- cü il 4 iyun qiyamı baş verdi. Sonucda 1920-ci ildə olduğu kimi milli dövlət süqut etdi. Onun süqutundan sonra haqqında nələr deyilmədi. Yalançı tarixçilər və "siyasətçilər" işə düşüb bu iqtidara qarşı nələr demədilər. Amma zaman ən ən böyük hakimdir. İndi hamıya bəllidir ki, bu iqtidar vətəni, dövləti, milləti hər şeydən üstün tuturdu. Bu gün onlara qiymət vermək daha asandlr. Yalançı tarixçilər və "siyasətbazlar"ın nağıllarına kimsə qulaq asmır. Həmin iqtidarın zamanında Azərbaycan ordusu Xankəndinin 12 kilometrliyində dayanmışdı. Ermənilər Dağlıq Qarabağı tərk etmişdi. Rusiyanın əli Azərbaycandan kəsilmişdi. Ermənilərə havadarlıq edə bilmirdi. Bütün bunların həyata keçməsində Əbülfəz Elçibəyin müstəsna rolu vardı. Bu münasibətlə bütün mülli qüvvələri təbrik edir və onları milli ideya uğrunda toplaşmağa çağırıram”.

Mənsur





Həftənin ən çox oxunanları