Yuxarı

Razi Nurullayev: “Türkiyənin dəstəyə ehtiyacı var”

Razi Nurullayev: “Türkiyənin dəstəyə ehtiyacı var”

“Terror, terror, terror! Qardaş Türkiyəni İraqa, Əfqanıstana, Suriyaya döndəriblər. Sivil, dünyəvi, tərəqqipərvər və dünyanın ən güclü iyirmi ekonomisi içində olan qardaş Türkiyəni bu halda görmək istəyənlər var”.

Cebhe.info xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərində dünən törədilən terror hadisəsinə münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, Türkiyədə terrorun kökünü kəsmək üçün barmağını tərpədən kimsələr və ölkələr də yoxdur:

“Qardaş Türkiyə terror ilə baş-başa qalıb. Lənət olsun terrora, onu düşünənlərə və həyata keçirənlərə! Haqq-ədalət axtaran, “Quran”ı əlində bayraq edən, cənnət və Allahın şəfqətindən danışan şəxs necə günahsız insanları partlada bilər? Demək onlar insan deyil, insan cildində şeytandırlar. Neçə illərdir ki, müşahidə edirəm və görürəm ki, Avropa Birliyi, Amerikada və digər böyük yeddilik ölkələrində terror baş verən zaman dünya çalxalanır, terrora qarşı dünya birləşir və elə həmrəylik nümayiş etdirirlər ki, elə göz yaşı tökürlər ki, Azərbaycan da yasa batır, yüz minlərlə insan terror olan ölənin bayrağını başına sancaqlayır. Təbii ki, terroru lənətləmək, acını bölüşmək və yardım etmək savabdır, borcdur. Bu gün terrordan dəstəyə ən çox qardaş Türkiyə ehtiyac duyur. Türkiyədə baş verən terroru lənətləyək və onu həyata keçirənlərə lənət oxuyaq. Başın sağ olsun, Türkiyə!”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları