Yuxarı

“Biz təklifləri reklam üçün yox, ölkəyə xeyir gətirməsi üçün vermişik”

“Biz təklifləri reklam üçün yox, ölkəyə xeyir gətirməsi üçün vermişik”

“Yaxşı ki, “Formula-1” yarışını sağ-salamat yola verə bildik. Amma yenə də istəyimizə nail ola bilmədik. Ən əsası turistlər ölkəmizə az gəldi. Bunun günahı Azad Rəhimovda deyil, bu məsələdə birbaşa cavabdeh Mədəniyyət və Turizm Nazirliyi və onun rəhbəri Əbülfəz Qarayev cənablarıdır. Gəlin bir az bu nazirliyin işinə nəzər yetirək”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksioneri Rafiq Daşdəmirli Azərbaycanda turizmin inkişafı haqqında danışarkən deyib.

R.Daşdəmirli AXCP-nin turizmlə bağlı verdiyi təkliflərə toxunaraq hökumətin bu sahədə müsbət dinamikaya nail olmaq üçün heç bir iş görmədiyini vurğulayıb. O qeyd edib ki, təklifləri AXCP özünü reklam etmək deyil, ölkəyə xeyir gətirməsi üçün verib:

“Yay mövsümü başlayıb, insanlar dincəlmək, gəzmək, səyahət etmək istəyir. Xarici ölkələrdən, daha çox Rusiyadan turistlər gəlməyə başlayıb. Bəs bizdə vəziyyət nə yerdədir? Heç də ürəkaçan deyil, hətta kafidir. Onu deyim ki, hələ qış aylarından biz AXCP olaraq hökumətə turizmlə bağlı təkliflərimizi vermişdik. Özümüzü reklam üçün deyil, ədalət naminə ölkəmiz, xalqımız üçün yaxşı olsun, xeyir gətirsin deyə təklif etmişdik. O gündən bu günə nə dəyişdi? Hələki heç nə, yenə də hər şey köhnə qaydadadır. Əvvəla turistlərin qəbul qaydaları ürəkaçan deyil. Təyyarə biletlərində müəyyən qədər ucuzlaşma olsa da, əldə götürülən hər əşyaya görə əlavə pul ödədikdə, yenə də əvvəlki kimi bilet pulu ucuz olmur. Deməli, biletlər heç də ucuzlaşmayıb”.

AXCP funksionerinin fikrincə, ölkə əhalisinin xarici ölkələrə üz tutmasının səbəbi, Mədəniyyət və Turizm Nazirliyinin ölkə daxilində fəaliyyət göstərən turizm mərkəzlərinə nəzarət etməməsidir:

“Mehmanxanaların qiymətlərində də yenilik yoxdur. Aşağı ulduzlu otellər isə demək olar ki, fəaliyyət göstərmir. Allahın bizlərə bəxş etdiyi çimərliklərdə də vəziyyət ürəkaçan deyil. Qiymətlər olduqca bahadır. Dəllarlarla da bacarmaq olmur. Heç olmasa, bu mövsüm çimərliklərə nazərəti artırın, qiymətləri ucuzlaşdırın, keyfiyyəti yüksəldin. İnsanların yenə Gürcüstana axını başlayıb, hami keyfiyyət və ucuzluğa görə ora üz tutur. Bu ölkənin turizm şirkətləri işləyirlər də. Hara baxırsan, onlar öz ölkələrinin sanatoriyalarını, mehmanxanalarını reklam edirlər. Hətta o qədər irəli gediblər ki, bizim televiziyalarımızda Batumı turizm şirkətlərini reklam edirlər. Bəs Azərbaycanın turizm şirkətləri hardadır? Onlar niyə sanotoriyaları, Göy-göl, Masallının “İsti su”yu, Nabranı və digər turizm məkanlarımızı reklam etmirlər? Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinə nəzarəti artırmalıdır. Xarici turistlər gəlməsə də heç olmasa öz vətəndaşlarımız istirahət üçün xaricə üz tutmasın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları