Yuxarı

Vahid Qərar Şurasının Məşvərət Məclisi toplanır

Vahid Qərar Şurasının Məşvərət Məclisi toplanır

Kamil Bədəlov: “Vətən bölünməz olduğu kimi, Qarabağla bağlı mövqeyimizdə də bir olmalıyıq”

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qarabağ danışıqları ilə bağlı Azərbaycan dövlətinin maraqlarının təmin olunması və danışıqlarda Azərbaycan dövlət başçısının sülh danışıqlarında xalqımızın bütün təbəqlərinin maraq və istəklərini özündə ehtiva edən mövqe sərgiləməsi üçün “Vahid Qərar Şurası”nın yaradılması təklifini irəli sürüb. Partiyanın bu təklifi artıq uzun müddətdir ki, cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilb.

AXCP Beynəlxalq Mətbuat Mərkəzində 12 iyul tarixində “Vahid Qərar Şurası”nın növbəti ictimai müzakirəsini keçirəcək. Qeyd edək ki, VQŞ-nin ilk ictimai müzakirəsi 29 aprel tarixində BMM-də baş tutub.

Bununla bağlı Cebhe.info-ya danışan AXCP sədrinin siyasi məsələlər üzrə müşaviri Kamil Bədəlov bildirib ki, 12 iyulda baş tutacaq tətbirdə VQŞ-nin Məşvərət Məclisi formalaşdırılacaq.

AXCP sədrinin müşavirinin sözlərinə görə VQŞ-nin budəfəki tədbirinə ictimai-siyasi təşkilatlar, elm və yaradıcı qurumlar, deputatlar, dövlət rəsmiləri dəvət edilib:

“Vahid Qərar Şurasının məqsədi haqqında artıq ictimaiyyətə geniş şəkildə məlumat vermişik. Bizim məqsədimiz bu Şuranın tərkibində xalqımızın bütün ictimai-siyasi, elm və yaradıcı təbəqələrilə dövlətin siyasətini bir arada birləşdirmək, vahid mövqeyinin ortaya qoyulmasıdır. Bunun üçün bütün ictimai-siyasi təşkilatlara, elm və yaradıcı qurumlara, deputatlara, dövlət rəsmilərinə məktublar göndərilib. 12 iyul tarixində də Beynəlxalq Mətbuat Mərkəzində Vahid Qərar Şurasının Məşvərət Məclisi keçiriləcək”.

K.Bədəlov həmçinin vurğulayıb ki, Qarabağ üçün hər kəsin vahid mövqe sərgiləməsi mühüm şərtdir:

“İndi dünya sürətlə internet, zəngin informasiya mübadiləsi, yüksək texnologiyalar dövrünü yaşayırıq. Bütün ictimai-siyasi institutlar dünya ilə əlaqələrində sərbəst və müstəqildir. Bu baxımdan Qarabağla bağlı məsələdə dövlətin ictimai-siyasi təşkilatların və elm-yaradıcı qurumların vahid mövqe sərgiləməsini mühüm şərt kimi qiymətləndirirəm. Vahid mövqe həm də ATƏT-in hər dəfə hansısa lüzumsuz təkliflə gəlməsinə son qoyacaq. Vətən bölünməz olduğu kimi, Qarabağla bağlı mövqeyimiz də də bir olmalıyıq. Vahid Qərar Şurasının qayəsi də məhz budur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları