Yuxarı

“Mənim Əli Kərimli adlı problemim yoxdur" - Razi Nurullayev

“Mənim Əli Kərimli adlı problemim yoxdur

“Qoy, o, mənim oyunumu pozsun. Sədrlikdən getsin,yerini bir gəncə versin”   trend_pressconference_razi_240215_02AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev “Kanal13” internet televiziyasına müsahibə verib. R.Nurullayev ölkədə mövcud ictimai-siyasi vəziyyət, AXCP-də baş verən son hadisələr, ünvanına səslənən ittihamlar haqqında danışıb. "Buradan qarşı tərəfə səslənirəm: AXCP vahid olmalıdır, parçalanmamalıdır. Bizim bir istəyimiz var. Azərbaycan siyasətində yeni simalar olmalıdır. Partiyalar yenidən şəkillənməlidir. Köhnə siyasətçilər kənara çəkilməli və yerini gənclərə verməlidir... Bu gün Əli Kərimli sədrlikdən istefa versə, bir qurultay olacaq. Artıq iki qurultaya ehtiyac qalmayacaq. Ola bilsin ki, sədrliyə də namizədliyimi verməyim. Əli Kərimli və ətrafı deyir ki, Razi Nurullayev hakimiyyətin proyektidir. Əgər bu belədirsə, o zaman hakimiyyət mənə imkan verməyəcək ki, AXCP-ni bütövləşdirim. Bu da məntiq. Qoy, Əli Kərimli mənim oyunumu pozsun. İstefa verib, yerini gənc bir şəxsə versin. O düşünürsəki, mən bunu kimlərinsə tapşırığı ilə yerinə yetirirəm, qoy o zaman oyunumu pozsun. Demirəm ki, Əli Kərimli kənarda qalsın. Demirəm ki, o siyasətdən getsin. Bir müddət kənarda qalsın və bəlkə biz sabah onu dəvət edib lider elan edəcəyik. Bəlkə onu vahid namizəd kimi görmək istəyəcəyik.Hətta, onun lider olmasına, hər kəs istəsə vahid namizəd olmasına da etirazım yoxdur.Ümumiyyətlə, mənim Əli Kərimli adında problemim yoxdur".





Həftənin ən çox oxunanları