Yuxarı

Yurd sədrinin “söyüş maşını"

Yurd sədrinin “söyüş maşını

Bu dəfə özünü bıçaqlayaraq Hollandiyada sığınacaq alan Fikrət Hüseynli iş başındadır

Əli Kərimlinin “söyüş maşını” yenə də iş başındadır. Biz zaman-zaman görürük ki, Əli Kərimli kimisə qaralamaq istəyirsə, yurdçuların “bacarıqlarından” geniş şəkildə istifadə edir. Bu dəfə isə Əli Kərimli demək istədiklərini Fikrət Hüseyinlinin dilli ilə deyib. Fikrət Hüseynli isə “Yurd” sədrinin tribunası sayılan “Azərbaycan saatı” verilişinin əməkdaşıdır.

Sivil siyasi mübarizə aparmağı bacarmayan ətrafına yığan Əli Kərimli bunlardan istifadə edərək cəmiyyətdə hörməti olan siyasətçiləri, ziyalıları təhqir edir, insanların gözündən salmağa çalışır. Amma hər kəs bunun heç bir effekt vermədiyini anlayır və görür. “Yurdçu”ların söyüş, təhqir dolu statuslarını “like” edənlər də elə onların xislətində olanlardır. Sayları çox olmasa da, məhz yazılan statusları “like” etmək üçün “klavyatura qəhrəmanları”nın yaratdığı saxta profillərini hesabına cəmi 150-200 “like” gəlir.

Əslində, Kərimlinin yanında olanlar bilməyərəkdən (bəzilərinin elə doğuluşca elə olduqları da faktdır - müəllif.) onun xislətinin qurbanı olanlardır. Fikrət Hüseynli adlı “yurdçu” da bunlardan biridir. Mənşəyi məlum olmayan xarici şirkətlər hesabına maliyyələşən bir təşkilatın nümayəndələrindən əslində bundan artığını da gözləmək olmazdı. Fikrət Hüseynli və onun timsalında bütün “yurdçu”ların göstərdiyi fəaliyyətləri isə axırda Əli Kərimli tərəfindən “qiymətləndirilir”. Əgər “Yurd” sədrinin dediklərini necə lazımdırsa, həyata keçirirlərsə, Kərimli də bunun müqabilində onları maraqlarına xidmət etdiyi xarici təşkilatların köməkliyilə ya mühacirətə, ya da həbsxanaya yola salır. Mühacirətə gedənlər bunu “şərəf ordeni” kimi, həbsə gedənlər isə “vicdan məhbusu” kimi qəbul edirlər. Hər iki halda da qazanan yalnız Əli Kərimli olur. Çünki bunların müqabilində “Yurd” sədri verilən tapşırıqlara əməl etmiş olur və əvəzində mənşəyi bilinməyən xarici təşkilatlardan pul alır. Fikrət Hüseynlinin indiki qəhrəmanlığı uzaqlarda, yəni mühacirətdə olmasıdır. Onun mühacirətə necə getdiyini isə bütün hər kəs bilir. Aparmadığı siyasi mübarizənin Avropada keçərli olmadığını görüb Fikrət Hüseynli “alternativ yol”dan istifadə edib. Belə ki, klaviatura arxasında oturaraq cəmiyyətdə hörmət qazanmış siyasətçiləri, ziyalıları təhqir edən Fikrət Hüseynli mühacirətə getmək üçün özünü bıçaqlamaq qərarına gəlib. Hadisəni isə siyasi mübarizəsinə, jurnalistlik fəaliyyətinə görə guya tanımadıqları şəxslər tərəfindən bıçaqlanması kimi qələmə verdi və Hollandiyada sığınacaq aldı. Ola bilsin ki, hollandiyada Fikrət Hüseynlinin hansı yolla mühacir olduğunu bilmirlər, amma Azərbaycanda hər kəs bilir ki, Fikrət Hüseynli özünü bıçaqlayaraq, mühacirətə gedən yolunu açdı.

Qeyd edək ki, Fikrət HüseynliAvropadakı insan ticarəti, mühacirət alveri ilə məşğul olması ilə bağlı hər hansı bir yazı dərc olunanda müxtəlif yollarla xahiş, minnət edərək yazının çıxarılması və dayandırılmasını xahiş edir. Əli Kərimlinin mühacirət bzinesində əsas tərəflərdən bir olmadığını da, ümumiyyətlə Əli Kərimlini qəbul etmədiyini də israrla bəyan edir. Ancaq bütün “yurdçu”ların xislətinə uyğun olaraq Fikrət Hüseynli etdiyi xahiş baxmayaraq, yenə də öz ampluasında qalır. Öz “facebook” səhifəsində yenə də Əli Kərimlinin tapşırıqlarını yerinə yetirir. Həyatda isə onun mühacirət biznesinə rəhbərlik edir.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları