Yuxarı

“Seçkiöncəsi təxribat ehtimalı yüksəkdir”

“Seçkiöncəsi təxribat ehtimalı yüksəkdir”

tofigTofiq Abbasov: “Onlara elə gəlir ki, rəsmi Bakı kənar müdaxilələr ucbatından manevrlər etməli olacaq” Bütün dünyada olduğu kimi bölgədə də gərgin siyasi atmosfer hökm sürür. Gərgin geosiyasi proseslərin fonunda Azərbaycan və qardaş Türkiyə parlament seçkilərinə hazırlaşır. Ölkədə seçkiqabağı siyasi durum, seçkiöncəsi Azərbaycana qarşı təhdid, təxribat ehtimalı, cəbhədə gərgin vəziyyət və digər məsələlərlə bağlı Cebhe.infonun suallarını politoloq Tofiq Abbasov cavablandırdı.   - Ölkədə seçkiqabağı siyasi durumu necə dəyərləndirirsiniz? - Vəziyyət qənaətbəxşdir. Seçki kampaniyasına hazırlıq normal templə gedir. Namizədlərin sayının artması təsdiqləyir ki, özünü parlamentdə görmək istəyənlər heç nədən çəkinmədən niyyətlərini ifadə edib siyasi mübarizəyə qatılırlar. Bu da ondan xəbər verir ki, yeni seçki kampaniyası öncəsi durum normaldır və rəqabət vəd etmək baxımından son dərəcə münasibdir.   - Sizcə nəyə görə siyasi fəallıq hiss olunmur? - Mən deməzdim ki, siyasi fəallıq hiss olunmur. Ən azı sosial şəbəkələrdə əsl döyüşlər, fikir toqquşmaları gedir. Bəyəm bu mübarizə ruhunun olmasından xəbər vermirmi? Ya da, ayrı-ayrı müstəvilərdə də mübarizə meyilləri özünü büruzə verir. Belə ki, bəzi partiya və birliklıər daxilində də praymerizlər keçirilir. Və hiss olunur ki, bəzi hallarda gərginlik son dərəcə yüksək həddə qalxır.   - Seçkiöncəsi Azərbaycana qarşı təhdid, təxribat ehtimalı varmı? - Ehtimallar daim var, xüsusən də indi. Məhz, seçkiqabağı dövrdə bəzi xarici qüvvələr təpkilərini daha da artırmaqla məşğuldurlar. Onlara elə gəlir ki, rəsmi Bakı kənar müdaxilələr ucbatından manevrlər etməli olacaq. Lakin bu belə deyil. Kənar qüvvələrin fəallaşması müqabilində hökumət, siyasi institutlar, digər əlaqədar qurumlar özlərini son dərəcə sərbəst aparırlar və bu da onu göstərir ki, ölkənin daxili ictimai-siyasi əyatında qeyri-adi bir şey baş vermir. Hər şey qanunla idarə olunur.... Hətta şatatdan-kənar hadisə və ya hal baş verdikdə problemli situasiyalar dərhal həllini tapır. Odur ki, əgər kimlərsə vəziyyəti başqa istiqamətə yönləndirmək sitəyirlərsə, onların səyləri boşa çıxır.   - Cəbhədə vəziyyət gərgin olaraq qalır, iriçaplı silahlardan atəş davam edir...Sizcə bunun kökündə nə dayanır? - Bizə artıq bəllidir ki, ermənilər Azərbaycanda vacib siyasi kampaniyalar, tədbir və sammitlər keçirildiyi zaman həmişə problem yaratamağa çalışırlar. Bu onların şakəridir. Onlar istəyirlər ki, Azərbaycanın daxilində vəziyyət Ermənistanda olduğu kimi kövrək, qeyri-stabil hala düşsün. Lakin bu onların kobud səhvidir. Son illərin təcrübəsi göstərib ki, Azərbaycan son dərəcə sabit və öz qüvvəsinə arxalanan məmləkətdir və onun nizamını cılız təxribatlarla pozmaq olamz. Düzdür, düşmən qüvvələri durmadan təhrik cəhdlərini təkrarlayirlar. Bunun onlar üçün heç bir faydası olmayıb və olmayacaq da. Əksinə, əgər onların dissidentləri Azərbaycana ailəvi şəkildə pənah gətirirlərsə, deməli bu bariz bir göstəricidir. Odur ki, erməmiləri rəsmi, qeyri-hökumət qüvvələri, ictimai birlikləri bilməlidirlər ki, Azərbaycanla dost olmaq düşmənçilik etməkdən daha faydalı ola bilər. Bu da əsas məqamlardan biridir...   - Azərbaycan Silahlı qüvvələrinin ehtiyatda olan əsgər və zabitləri təlimə dəvət etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi versiyalara görə, bu yaxın zamanlarda müharibənin başlanacağı anonsudur...Həqiqtənəmi belədir? -Bu haqda ehtimal və ya proqnozlar irəli sürməyin yeri yoxdur. Müharibəyə hər zaman hazırlaşmaq Azərbaycan xalqının borcudur, çünki ölkə torpaqlarının bir hissəsi düşmən tapdağından hələ də azad olmayıb. Bu kontekstdə qərar vermək, plan cızmaq və ya digər hazırlıqları həyata keçirmək ali rəhbərliyin, əalqəli təsisatların üzərinə düşən məsələdir. Sadə vətəndaşlar bir şeyi təxmin edə bilər, lakin reallıq tam başqa, fərqli işləri tələb edə bilər. Odur ki, bu məsələdə rəsmi qurumların işlərinə müdaxilə etmək, səlahiyyətli orqanların adından danışmaq lazımsız işlər anlamına gəlir. Ölkənin müdafiə məsələləri Ali Baş komandanın səlahiyyətində olan məsələdir. Buna görə də bu barədə vərziyyələr səsləndirmək, şaiələr tirajlamaq ən lazımsız işlərdir. Hərbi hazırlıq işi nəzərdə tutulmuş qayda ilə gedir və getməlidir və bununla qeyd-şərtsiz razılaşmaq hər bir kəs üçün vacibdir.   - Bölgədə xüsusən Qarabağ məsələsi ilə bağlı gedən pərdəarxası oyunlar nədən ibarətdir? -Zənn edirəm. bu kontekstdə oyunlardan yox, siyasi cərəyanlar barədə düşünüb-danışmaq daha münasibdir. Çünki dünya çapında saysız-hesabsız münaqişələr, problemlər var və onların nizama salınması yolunda fövqəl qüvvlərə, bölgə məmləkətləri, beynəlxalq təsisatlar hamısı çalışır. Ola bilsin ki, hansısa proseslərin gedişatı bizləri qane etmir və ya gözləntilərimizə cavab vermir. Belə olduqda işlərin gedişatına mane olmamaq vacibdir. Niyə bunu deyirəm? Bəzən görürsən hansısa siyasi partiya və ya blokun təmsilçiləri səlahiyyətlərini aşıb bəyanat və ya açıqlamalar verib vəziyyəti lazım olmayan istiqamətə döndərməyə cəhdlər edirlər, ya da populist addımlarla siyasi kapital qazanmağa cəhdlər edirlər. Siyasi aləmdə qərarlar bir qayda olaraq pərdəarxası rejimdə qəbul olunur, ona görə də həmin proseslərin gedişatından xəbərsiz olan dairələrin məsələlərə müdaxilə etməsi qətiyyən lazımsız məsələdir. Müəyyən mənada həmin gedişləri oyun kimi səciyyələndirmək də olar, lakin bu heç əsə əsas vermir ki, həmin gedişatı mənimsəyib onlar barədə fərziyyələr və ya da şaiyə tipli qiymətlər versinlər. O ki qaldı proqnozlar verən mərkəzlərin, siyasətşünasların təxminlərinə, onlar həmişə ümumi vəziyyətdən çıxış edərək bəzi detallara aydınlıq gətirib gedişata dair öz mülahizələrini bildirirlər. Bu işdə heç bir qəbaət axtaramaq lazım deyil...   - Rusiyanın Qarabağ məsələsi ilə bağlı mövqeyində dəyişikliklər varmı, bu istiqamətdə söylənilən versiyalar nə qədər həqiqəti əkls etdirir? - Rusiya münaqişə bölgəsinə fiziki baxımdan ən yaxın ölkə olduğuna görə həqiqətən həll yolunu tez tapmaq imkanına malikdir. Lakin həqiqət bundan ibarətdir ki, şimal qonşunun siyasi dəhlizlərində xeyli sayda erməni lobbiçiləri mövcuddur və onların aramsız fəaliyyəti Qarabağ probleminin ədalətli həllinə əngəllər törədir. Bu qüvvələrin müdaxiləsini heçə endirməkdən ötrü bəzi işlərin görülməsi son dərəcə vacibdir. Əsas odur ki, Azərbaycan Qafqazda Rusiya üçün ən vacib və əvəzolunmaz dövlətdir və hazırda Moskva ilə Bakı arasındakı siyasi dialoq son dərəcə etibarlı şəkildə davam etdirirlir. Bu işdə həllediici amil isə ondan ibarətdir ki, münasibətlərdə qarşılıqlı inam hökm sürür. Bunu görüb hiss edən ermənipərəst qüvvlərə çalışırlar ki, Azərbaycan-Rusiya münasibətlərinə destruktiv elementlər gətirsinlər. Həm çalışırlar, həm də gətirirlər. Ona görə də bəzən bir çox məsələlər çərçivəsində qət edilmiş məsafələri bir də yenidən keçmək lazım gəlir. Belə vəziyyət təkrarlanmasın deyə diplomatların səlist tərzdə həmahəng hərərkət etməsi son dərəcə vacib amilə çevrilir. Odur ki, indi Qarabağ münaqişəsini ölü nöqtədən çıxarmaqdan ötrü Rusiya ilə Azərbaycan rəhbərliyinin birgə fəaliyyətinə böyük ehtiyac duyulur. Zənn edirəm ki, Bakı ilə Moskva artıq ən münasib tərzdə qarşılıqlı fəaliyyəti davam etdirməkdən ötrü alqoritmin işlənməsi üçün münasib zəmin yaranır. Odur ki, hadislərəi süni sürətdə tezləşdirmək olmaz. Bir sözlə, diplomatların işinə, fəaliyyətinə mane olmamağın ən yaxşı yolu təmkin göstərməkdir. Səbr etmək bir çox hallarda ən münasib çıxış yolu olur və sözügedən problemdə bunun rolu həqiqətən də əhəmiyyətlidir. Cavad





Həftənin ən çox oxunanları