Yuxarı

“Vahid Qərar Şurası” dövlətin marağını dövlətin içində qoruyacaq”

“Vahid Qərar Şurası” dövlətin marağını dövlətin içində qoruyacaq”

“Qarabağ məsələsinə dair Azərbaycanın son atdığı addımlar, izlədiyi ardıcıl siyasi yol təqdirəlayiqdir. Rusiyanın böhranlı vəziyyətində eyni zamanda Rusiya-Türkiyə siyasi münaqişəsi çərçivəsində Azərbaycanın dövlət maraqlarını düşünərək Qarabağa işıq yandıracaq bir siyasi xətt həyata keçirmək alqışlanır. Ordumuzun aprel əməliyyatları şəhid versək də, problemin həlli yolunda status-kvonu dəyişdi. Hərbi gücümüzlə artıq məğlub kimi yox, diktə edən tərəf kimi çıxış edə bilirik. Ancaq bunun da şahidi olduq ki, əməliyyatları siyasi qərarla dayandırdıq”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədr müavini Cavid Musazadə deyib. C.Musazadə qeyd edib ki, tam düşmənlə əhatələnmiş vəziyyətdə olduğumuza görə, istəmədiyimiz siyasi qərarları qəbul etməyə məcbur qalırıq:

“Düşməni məğlub etmək gücümüz ən yüksək səviyyədə olduğu halda bunu həyata keçirmədən dayandığımıza görə ictimai müzakirələrə və belə müzakirələrdən çıxan qərarlara hökmən ehtiyac var. Ona görə də cərəyan edən proseslərlə bağlı bir ictimai müzakirə olduqca vacibdir. Əgər Azərbaycana güzəşt diktə edilmirsə, hər şey bizim dövlətimizin maraqları çərçivəsində müzakirə edilirsə, o zaman bunu paylaşmamaq olardı. Ancaq görünən siyasi tablo bunun əksini deyir. Azacıq da olsa, güzəşt diktəsi hiss olunursa, o zaman ictimai müzakirə o cümlədən xalq diplomatiyasını önə çəkən amil aktualdır. Zatən hakimiyyətin verəcəyi qərara etiraz edəcək sistemli bir mübarizə forması ölkə daxilində onsuz da yoxdur. Buna görə hakimiyyət belə quruluşdan və ya müzakirədən qorxmamalıdır. Çəkinmədən, ən azından böyük güclərin maraqlarımıza zidd diktəsinə manevrlə "yox" cavabı vermək üçün xalq diplomatiyasını özündə cəmləyən bir quruluşu qurmaq, formalaşdırmaq hökmən lazımdır”.

Sədr müavini AXCP olaraq dövlət maraqlarını qoruyacaq, hakimiyyətlə cəmiyyət arasında uzlaşma yaradacaq Vahid Qərar Şurasının təklif etdiklərini deyi. Onun sözlərinə görə, bu, dövlətə gələcəkdə də yardımçı olacaq: “Müqavimət yoxdur deyə hakimiyyətin təkbaşına davranışı dövlətin əsas problemi olan taleyüklü, həlliçətin olan Qarabağ münaqişəsinin müzakirəsində olduqca zərərli gedişdir. Gələcəkdə bunun böyük fəsadları da ola bilər. İctimai əsaslarla hər kəsimi təmsil edən bir qurum olarsa, həmən qurum həm də dövlətə gələcəkdə yardımçı rol oynayacaq. Belə ki, nəticənin ictimayyətin həzm etməsi zəruri olduğu zaman düşmənlərin daxili uzantılarının yaratdığı, yaradacağı və ya başqa ortaya çıxası, olası çatlaq fikirlərin aradan qaldırılmasında, ümumiyyətlə ortaya çıxmamasında köməkçi funksiya həyata keçirəcək. İqtidarın, hakimiyyətin içində olmadan dövlət marağını dövlətin içində qoruyacaq, ictimai əsaslarla cəmiyyətlə hakimiyyətin arasında qərarlarda uzlaşmanı təmin etməkdə körpü olacaq quruluşun vacibliyi olduğuna görə biz "Vahid Qərar Şurası"nı təklif etmişik”.





Həftənin ən çox oxunanları