Yuxarı

Fuad Qəhrəmanlının “hökmü”nü Əli Kərimli verib

Fuad Qəhrəmanlının “hökmü”nü Əli Kərimli verib

“Yurd” sədri həbsdə olan müavininin onun yerinə keçəcəyindən ehtiyat edir

İyulun 19-da Nardaran hadisələrindən sonra həbs olunan “Yurd” sədrinin müavini Fuad Qəhrəmanlının məhkəməsi keçiriləcək. Qeyd edək ki, Fuad Qəhrəmanlı Nardaranda baş verən qarşıdurmalar zamanı yazdığı xalqı radikal addımlar atmağa çağıran statuslara görə həbs edilib. Müavini olmasına baxmayaraq həbs olunduğu gündən “Yurd” sədri onunla bağlı heç bir ciddi müdafiə kampaniyası aparmayıb. “Yurd” üzvlərinin verdiyi məlumata görə, bununla bağlı Əli Kərimlinin konkret tapşırıqları var. Tapşırıqlar isə Fuad Qəhrəmanlı ilə bağlı heç bir açıqlamanın verilməməsi, müdafiə kampaniyalarının təşkil olunmaması yönündədir. Bu, “yurd”çularda müəyyən qıcıq yaratsa da, onlar əmrə itaət göstərməyi daha üstün hesab edirlər.

“Yurd” sədrinin qorxusu

Verilən məlumatlarda bildirilir ki, Əli Kərimlinin bu addımı “Yurd” sədrliyinin itirilmə qorxusundan irəli gəlir. Belə ki, Əli Kərimlinin bu fikrə düşməsinin bir neçə səbəbi var. Bunlardan ən diqqəti çəkəni isə Kərimlinin Fuad Qəhrəmanının “Yurd” sədrliyinə iddiası olması fikrinə qapılmasıdır. Bu fikrə gəlməkdə isə “Yurd” sədrinə hakimiyyətdə olan “krışaları” köməklik edib. “Yurd” sədri Fuad Qəhrəmanlının hakimiyyətdə olan hamilərinin yardımı ilə sədr postunu ələ keçirəcəyini düşünür. Məhz bu düşüncəyə görə də Əli Kərimli Fuad Qəhrəmanlının həbsdən çıxması üçün heç bir addım atmır, hətta belə demək mümkündürsə, onun həbsdə qalması üçün əlindən gələni əsirgəmir.

Günü-gündən itirilən nüfuz

“Yurd” sədrinin bu addımı özünəinamsızlığın bir nümunəsidir. Əli Kərimli özü də başa düşür ki, onun ətarfında olan 5-6 nəfərdən başqa heç kim onu sədr, lider kimi qəbul etmir. Günü-gündən də müəyyən dövrlərdə əldə etdiyi nüfuzunu itirir. Ona görə də ətrafında olan insanlardan potensial təhlükə hiss edən kimi, onu ya həbs etdirir, ya da hakimiyyətə işləməklə günahlandıraraq “xəyanətkar” adlandırır. Doğrudur, “Yurd” sədrinin bu cür ittihamlarına cəmiyyətdə heç kim inanmır, bunu özü də yaxşı başa düşür, amma öz xislətindən əl çəkə bilmir.

Kərimli həbslərdən “qazanır”

Fuad Qəhrəmanlının azad olunması üçün heç bir addım atmayan Əli Kərimlinin digər bir məqsədi isə külli miqdarda vəsait əldə etməkdir. “Yurd” sədrinin mənşəyi bilinməyən xarici təşkilatlardan pul alması heç kimə sirr deyil. Ancaq bu pulları almaq üçün də hansısa “fəaliyyət” göstərmək lazımdır. Fuad Qəhrəmanlı isə bunun üçün ideal variantdır. Belə ki, Fuad Qəhrəmanlını həbsdə saxlamaqla Əli Kərimli havadarlarına özünü təzyiqlərə məruz qalmış bir müxalif lider kimi təqdim edərək böyük miqdarda vəsait alacaq. Necə ki, biz bunların hər zaman şahidi olmuşuq.

Pul və şəxsi maraq

Cəmiyyətə özünü məhrumiyyətlərlə yaşayan müxalifətçi kimi təqdim etmək istəyən Əli Kərimli əsl kimliyini hər zaman gizlədir. “Yurd” sədri bunu nə qədər gizlətməyə çalışsa da, onun əsl kimliyi hər kəsə məlumdur. Şəhərin mərkəzində bir neçə daşınmaz əmlakı, obyektləri olan birinin bu cür sözlərinə heç kim inanmaz. Biz bunlar olmasın demirik. Müxalifətçinin də hər şeyi olmalıdır. Amma bunu gizlətmək nəyə lazımdır? Bunu gizlətməklə nə əldə etməyə çalışır? Bu suallara “Yurd” sədri heç vaxt cavab verməsə də, bu sualların cavabı hər kəsə məlumdur. “Yurd” sədrinin bu cür əməllərinin arxasında yalnız pul və şəxsi maraqları dayanır.

Fuad Qəhrəmanlıdan sədrinə etiraz

Daxil olan məlumatda həmçinin bildirilir ki, Əli Kərimlinin bu addımlarında Fuad Qəhrəmanlı da narazıdır. Belə ki, sərd müavini ilə həbsxanada görüşən “yurd”çulardan bir Fuad Qəhrəmanlının bu etirazını məhz Əli Kərimliyə çatdırıb. Fuad Qəhrəmanlı “necə olur həbs olunan hər siyasi məhbusa görə məhkəmələrə qədər gedən Əli Kərimli bir dəfə məni müdafiə etmək üçün heç bir fikir bildirməyib” deyə etirazını bildirib. Bu etirazlara baxmayaraq, “Yurd” sədri yenə də öz ampluasında qalır və Fuad Qəhrəmanlı haqqında verdiyi “hökmü” dəyişmək fikrində deyil.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları