Yuxarı

AXCP sədri: “Görüş Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli ilə nəticələnə bilər”

AXCP sədri: “Görüş Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həlli ilə nəticələnə bilər”

“Azərbaycan, Rusiya və Türkiyə münasibətlərində yeni inkişaf mərhələsi Azərbaycan üçün də çox faydalıdır. Çünki Azərbaycan müəyyən qlobal, regional proseslərdə aparıcı rola malik olmaq istəyir”.

Cebhe.info xəbər verir ki, bunu Talk TV-yə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycan müəyyən mənada öz istəyinə nail olsa da, məsələnin narahatedici tərəfləri də var:

“Putin də öz çıxışında qeyd etdi ki, Azərbaycan prezidenti bizi bir araya gətirdi və buna görə də ona minnətdar olmalıyıq. Azərbaycan prezidentinin də istəyi bəlkə bu idi, yəni müəyyən qlobal proseslərdə artıq aparıcı bir oyunçuya çevrilmək. Digər məsələlərdən biri də 26 sentyabrda keçiriləcək referendumdur. Konstitusiyaya ediləcək dəyişikliyə təbii ki, beynəlxalq təşkilatların, qurumların, o cümlədən bir çox Avropa Birliyi dövlətlərinin, ABŞ-ın bu və ya digər şəkildə tənqidi mövqeləri ola bilər. Və buna görə də Azərbaycan bu məqamda region dövlətləri ilə münasibətlərini daha sıx bir şəkildə inkişaf etdirmək istəyir. Bununla beynəlxalq aləmə, güclərə müəyyən mesaj da vermək niyyətindədir. Azərbaycan- İran, Azərbaycan- Rusiya yaxınlaşması və bunun daha da irəliyə getməsi təbii ki, ABŞ-ı da, Avropa Birliyi dövlətlərini də narahat etməyə bilməz. Onlar Rusiyaya sanksiya tətbiq edib, Rusiyanı qeyri- demokratik ölkə sayır və Rusiyaya qarşı eyni münasibəti bəsləyən ölkələri sevirlər, o dövlətlərlə münasibətləri daha yaxşı olur. Azərbaycan da bu addımı seçməklə həmin təşkilatları, ölkələri bu və ya digər şəkildə Azərbaycanla bağlı daha ehtiyatlı olmağa sövq etmək niyyətindədir. Təbii ki, bu, narahatedici məqamdır. Lakin artıq regionda baş verən hadisələr onu göstərdi ki, qonşu ölkələrdən gələn təhlükələr daha böyük ola bilər və bu baxımdan hesab edirəm ki, Azərbaycan da balanslı siyasətini yeni bir formatda davam etdirməyə üstünlük verdi. Bütün bunlar dövlətin geopolitik marağı ilə yanaşı, həm də iqtidarın hakimiyyətdə qalmasına da xidmət etmiş olur”.

Qarabağ probleminə gəlincə, Razi Nurullayev bildirib ki, Rusiya birbaşa Ermənistana təziq göstərmək fikrində olmasa da, istənilən halda məsələni Azərbaycanın xeyrinə həll edə bilər: “Əgər bu gün Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çalışırsa, müəyyən bir nəticə əldə etmək istəyirsə, İranın maraqları bundan kənardadırsa, bu ölkə danışıqlar prosesinə və sülhün gəlməsinə maneə törədəcək. Türkiyənin maraqlarından kənarda olarsa, Türkiyə ilə Rusiyanın maraqları toqquşarsa, təbii ki, rəsmi Ankara da bunda maraqlı olmayacaq. Bu baxımdan ola bilsin ki, bağlı qapılar arxasında artıq bu cür danışıqlar olub və Türkiyə, Rusiya, İranın Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərinin uyğunlaşdırılması qərara alınıb. Mən düşünürəm ki, məhz elə bu görüş Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması və həmin dövlətlərin ədalətli mövqe sərgiləməsi ilə nəticələnə bilər. Birbaşa təbii ki, deyə bilmərik Rusiya Ermənistanı cəzalandıracaq, deyəcək ki, Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkil, çəkilməsən, səni cəzalandıracağam, sənin arxandan çəkiləcəyəm, artıq mənim forpostum deyilsən. Bu baş verməyəcək. Təbii ki, Rusiya bu gün də Ermənistanı özünün strateji müttəfiqi sayır, amma Azərbaycanla bağlı Putin deyir ki, strateji müttəfiqliyə yaxınlaşmışıq. Təbii ki, Rusiya Ermənistanı cəzalandıraraq Qarabağ problemini həll edə bilməz. O baxımdan məhz Ermənistanın da özünü komfortlu, rahat hiss edəcəyi bir metod üzərində düşünürlər ki, ermənilər özünü uduzmuş hesab etməsin, Sarkisyanın hakimiyyətdə qalmasına problem yaranmasın. Əslində bu, Azərbaycan üçün də məqbuldur”.

AXCP sədri sonda vurğulayıb ki, hansı formada həyata keçrilməsindən asılı olmayaraq Azərbaycan üçün vacib olan ərazi bütövlüyünün təmin olunması, Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsidir.IFrame





Həftənin ən çox oxunanları