Yuxarı

Əli Kərimlinin “fitva”sına uyanların acı sonluğu

Əli Kərimlinin “fitva”sına uyanların acı sonluğu

“Yurd” lideri onların üzərindən alver edir, biznes qurur

Uzun illər yürütdüyü avtoritar siyasət və qeyri-leqal yollarla partiyadakı hakimiyyətini əlində saxlamaq cəhdinə görə AXCP sədrliyini itirən Əli Kərimli başqa bir problemlə də üzləşib. Partiyanın əlindən çıxmasıyla yanaşı, o özünün real dəstəkçilərini də itirdi. Hazırda sosial şəbəkələrdə özünə virtual dəstəkçilər (“laykerlər”) toplamaq üçün çalışan “Yurd” sədri faktiki olaraq, meydana çıxaracaq və iddialarını dəstəkləyəcək elektorat tapa bilmir. Hələ AXCP sədri olan vaxtlarda da Əli Kərimli potensial cəbhəçi dəstəyi görməyib.

Partiyadan və yaxın ətafından gedənlər bir qayda olaraq, onun daxildə təzyiqçi, repressiv və istismarçı siyasət yürütməkdə ittiham ediblər. AXCP-dən getmələrini də bununla izah ediblər. Elə AXCP-dəki hakimiyyətinə də həmin şəxslər son qoydular. Yəni, Əli Kərimlinin avtoritar siyasəti həmişə yaxın dostlar və dəstəkçilərindən özünə qarşı düşmən düzəldib.

“Layk” etmək “əqidə” imiş...

Əli hər yerdən və hər kəsdən üzülən Əli Kərimlinin yeganə arxa tapdığı “güc” “Facebook”dakı saxta profilləridir. Həmin “saxtakarların” “Yurd” sədrinin yazadığı statuslar və paylaşdığı şəkilləri paylaşmaq, “layk” etmək bir “əqidə” kimi aşılanır. Əlbəttə, bu bir istismardır. Çünki qarşı çıxan və “Yurd” sədrinin qaydalarına uyğun oynamayan hər kəs təzyiqlərə məruz qalır. Çərçivədən kənara çıxanlar sosial şəbəkələrdə alçaldılır, təhqir olunur. Bunun baş verməməsi üçün də əvvəldən xəbərdarlıq edilir ki, qaydaları pozanları bu aqibət gözləyir.

Əli Kərimlinin yaxın ətrafına və az sayda qalmış dəstəkçilərinə, aşiqlərinə “əqidə” kimi aşıladığı başqa məsələ də var. “Azadlıq” qəzetinin günün hansı vaxtından, fəslin hansı olmasından, istidən-soyuqdan asılı olmayaraq qapı-qapı düşüb insanlara paylanılması, qəzetə abunəçilərin tapılması, bu hakimiyyətin öz iqtidarını qoruduğu müddətədək işləməmək bura daxildir. Həmin qaydaları pozanlar “əqidə xəyanətkarları” qismində ifşa olunurlar. Məsələnin maraqlı tərəfi budur ki, “Əli aşiqləri” bu işi sırf “əqidə”nin yaşaması xatirinə pulsuz görürlər.

Hərtərəfli qulluqçu

“Əli Kərimli əqidəsi”nin başqa bir növü də var: onun şəxsi obyektlərində və malikanəsində muzdsuz işləmək... Təsadüf deyil ki, hələ AXCP sədri olarkən bu partiyanı tərk edərkənlər o fakta istinad edirdilər ki, Əli Kərimli üzvləri öz bağ evində pulsuz işlədir. Yəni onun qənaətinə görə, hər kəs, kimliyindən asılı olmayaraq hər kəs, ac-yalavac” öz “əqidə”sinin sadiq qulluqçuları olmalıdır, hərtərəfli qulluqçu, həm də qul kimi...

“Fitva”ya uyanların aqibəti

Əli Kərimlinin sadiq qulluqçuları da var və onlara müəyyən qədər normal sosial imkanlar təmin edilib. Və həmin adamlar həbsdədirlər, yaxud hakimiyyətin təzyiqləri altında, ya da ölkədən qaçıblar.

Düşünmək olar ki, bu, hakimiyyətin repressiyasıdır və demokratik mübarizə aparanlara qarşı dözümsüzlüyüdür, amma belə deyil. Çünki həmin muzdlu qulluqçular Əli Kərimlini qorumaq və nüfuzunu yüksəltmək üçün “kamikadze” funksiyasını yerinə yetirirlər. “Yurd” sədri lazımi məqamlarda və ölkədəki proseslər həssas situasiyaya daxil olandə həmin “kamikadzeləri” işə salır.

Onlar o məsuliyyətlə vəzifələndirilirlər ki, bilərəkdən təxribatçı çıxışlar edib, təxribatçı fikirlər yayıb həbs olunsunlar. Bundan sonra Əli Kərimli başlayır car çəkməyə ki, “hakimiyyət məndən qorxur”, “hakimiyyət demokratiyanı əzir” və s. Nəticədə bu məsələni beynəlxalq təşkilatların qarşısında qaldırır və divident qazanır: həm maddi baxımdan, həm də ad populyarlığını qorumaq baxımından. Yəni Əli Kərimlinin “fitva”sına uyanlar onun zombilərinə çevrilirlər, o da onların üzərindən alverini edir və qazanclarını təmin edir, həm Qərbdən, həm də iqtidardan pulunu alır. Qərbdən pul almaq lazım olanda həbslər üçün imkan yaradıb səsini qaldırır, susmaq lazım gələndə iqtidardan.

Mənsur





Həftənin ən çox oxunanları