Yuxarı

Kərimli-Gülən birliyinin seçkiyə uzanan yolu

Kərimli-Gülən birliyinin seçkiyə uzanan yolu

Türkiyədə 15 iyul qiyamından az sonra baş verə biləcəkləri təxmin etmək mümkün idi.

Qonşu ölkədə həbslərin əhatə dairəsi “Gülən şəbəkəsi”nin siyasi, maliyyə və ictimai gücünü təyin etməyə əsas verirdi. Aydın idi ki, şəbəkə fəaliyyətini təkcə Türkiyə ilə məhdudlaşdırmayıb, yaxın və hətta uzaq ölkələrdə də dayaqlarını möhkəmləndirib. İş çevrəsi, siyasət dünyası, təhsil sistemi Gülən şəbəkəsinin əhatə dairəsinə daxil olub, zamanında yararlanmaq üçün yaradılan və külli miqdarda maliyyə vəsaiti hesabına bəslənilən bu mənbələr günü gəldiyində darbəyə, sistem dəyişikliyinə dəstək verməklə yanaşı, öz ölkələrində də anoloji prosesi həyata keçirmək üçün hazırlanmalı idilər.

Dəstək üçün Pensilvaniyaya

FETÖ-nün bu məqsədlə xərclədiyi zaman və maliyyəni indi hesablamaq mümkün deyil. Aydın olan odur ki, söhbət böyük pullardan və köklü hazırlıqdan  gedir. Proseslərin sonrakı gedişatının analizi göstərir ki, Gülən şəbəkəsində özünəməxsus yer tutan Azərbaycanla bağlı da planlar daha əvvəldən hazır olub və düyməyə basılma üçün zamanını gözləyib. Amma şəbəkənin burdakı uzantılarının özlərini qorumaq üçün vaxtından əvvəlki canfəşanlığı ilə bir çox gizli saxlanmalı məqamlar  üzə çıxıb. Söhbət Yurd rəhbəri Əli Kərimlidən gedir. Təbii ki, bəziləri “İndi vəziyyət elədir ki, hər kəsi Gülən şəbəkəsi ilə əlaqələndirmək mümkündür” deyərək əks-arqumentlər səsləndirməyə cəhd edə bilərlər. Amma məlumatlar və hadisələrə baxış bu arqumetnlərin o qədər də güclü olmadığını söyləməyə əsas verir. Söhbət ondan gedir ki, Azərbaycanda siyasi hakimiyyətə iddialı olan Əli Kərimlinin beynəlxalq aləmdə demirik, ən azından türkdilli respublikalarda, o cümlədən Türkiyədə dəstəyi olmayıb. AXCP-yə Elçibəy dönəmindən sonra Türkiyənin siyasi, ictimai çevrəsinin dəstəyi hiss edilməyib və buna əsas səbəbkar kimi Əli Kərimli göstərilib. Əli Kərimli Türkiyədəki siyasi-millətçi-müxalif kəsimin dəstəyini qazana bilməyib, əksinə, bu kəsim daim ondan uzaqlaşıb. Bu illər ərzində Türkiyədən Əli Kərimlinin ünvanına heç bir dəstək bəyanatı səsləndirilməyib, biz hələ hansısa əməli fəaliyyətdən, görüşdən danışmırıq.  Belə olan halda Əli Kərimli və ətrafının özünə maliyyə, eləcə də siyasi dəstək axtarışı üşün üzünü okeanın o tayına - Pensilvaniyaya tutması da təbii qarşılanmalıdır.

Millətçilərə Kərimli qadağası

Milliyətçi kəsimin əsas olan Milliyətçi Hərəkat Partiyasında Kərimli ilə əlaqələrinin qurulmamsını da onun Pensilvaniya sevdası ilə əlaqələndirirlər. Söhbətlər zamanı belə bu məsələyə açıq eyham vurulub. 2001-ci ildə MHP liderinin Azərbaycana rəsmi səfəri zamanı müxalifət təmsilçiləri ilə, o cümlədən həm də AXCP-nin digər bir qanadının sədri kimi Əli Kərimli ilə görüşməsindən sonra daxili araşdırmalarda bu fakt üzə çıxıb və o zamandan sonra MHP Kərimli ilə yollarını ayırıb. Əli Kərimli dəfələrələ çalışsa da, bu fikri aradan qaldıra bilməyib. Əksinə, ona bununla bağlı ciddi faktların əldə olunduğu haqqında mesajlar verilib. Türkiyədən Bakıya gələn bütün millətçi kəsimə də onunla hansısa ilişgi qadağan edilib. Əsaslandırma isə o olub ki, fikir və əlaqələrdən Pensilvaniya – konkret olaraq Gülənə xəbər çatdırıla bilər.

Pul və hakimiyyət sevdası

Pensilvaniyadan isə  hər şey vəd edilirdi- əsas da pul və hakimiyyət. Hər ikisi də Kərimlinin həyat amali olduğundan dəstəyin rədd edilməməsi təəccüblü görünməməlidir. İlk əməli dəstək Azərbaycanda 2013-cü il prezident seçkiləri öncəsi gəldi. Bu o zaman idi ki, seçkidə iştirakla bağlı Milli Şura yaradılmışdı, təbliğat kampaniyası qurmaq üçün heç də az olmayan maliyyə vəsaitinə ehtiyac vardı, mətbu orqanların fasiləsiz dəstəyi üçün də pul tələb olunurdu. Pensilvaniya ilə qurulan əlaqələr nəticəsində maliyyə axını təmin edildi, amma nə səbəbdənsə həmin vəsaitdən gündəlik qəzetin nəşri və xəbər saytının yaradılması üçün planlaşdırılan pay ayrılmadı. Əslində maliyyə yardımı barədə məlumat çox dar çevrəyə bəlli idi, belə məsələləri nəinki üzvlərlə, hətta ən yaxınındakı şəxslərlə, Koordinasiya Mərkəzinin bir neçə üzvü istisna olmaqla digərləri ilə müzakirə etmək Kərimli xislətinə ziddir. Hətta daha sonralar yaradılan Koordinasiya Şurasında da maliyyə yardımı barədə bilən çox az adam tapılar. Əli Kərimli üçün bu məsələlərin təkbaşına həlli önəmli idi, maliyyə vəsaitini sonrakı təyinatını müəyyən etmək belədə daha asan və problemsiz olurdu. Nəticədə seçkidə gözlənilən uğursuzluq fonunda Kərimli maliyyə vəsaitini baş tutmayacaq qələbəyə xərcləməməklə özünə həm okeanın o tayında əminlik yaradacaq və beləliklə növbəti tranşlara açıq qapı saxlayacaq, həm də vəsaitin uzunmüddətli təbliğata xərclənəcəyinə dair görüntü yaratmış olacaqdı. Plan alındı və seçki üçün ayrılan pullar bir neçə nəfərin şəxsi hesabına keçməklə özəlləşdirildi. Sonrakı mərhələlərdə bu vəsaitin müxalifətin maliyyələşdirilməsinə xərclənməsi kimi saxta hesabatlar maliyyə mənbəyinə təqdim edildi. Bəlkə də hər şey belə davam edə bilərdi, amma 3 il sonra Türkiyədə 15 iyul çevrilişə cəhddən sonra Gülən şəbəkəsinin Bakıya da uzantısının araşdırılması çətin ki, işlərin axarında getməsinə imkan yaratsın.

Kərimli-Gülən birliyi

Artıq Əli Kərimli-Gülən əlaqəsi barədə ən müxtəlif dairələrdə danışılır və əslində o qədər də təbii qarşılanır. Fətullah Gülənin şəbəkəsinin hətta Azərbaycanın Milli Məclisinə, hakimiyyət dairələrinə qədər uzandığı bir zamanda bu əlin müxalifəti təmsil etdiyini iddia edən qruplaşmaya  qədər uzanmaması təəccüblü ola bilərdi. Türkiyədə nə baş verdiyinin anlaşılmaz qaldığı 15 iyul gecə saatlarında, yəni ölkədə hansısa qarşıdurma olduğu barədə xəbərlərin mətbuata çıxdığı zamanda Əli Kərimlini darbəni qətiyətlə pisləməsi də özünüsığortadan başqa bir şey deyildi. Bu o zaman idi ki, nə baş verdiyini əslində heç Türkiyədə belə bilmirdilər, Azərbaycan ictimaiyyəti isə məlumatı ancaq Türkiyə mediasından və yerli xəbər saytlarından alırdı.

Kərimlinin müdafiə çətiri-bəyanat

Belə bir zamanda darbə ifadəsini işlədən ilklərdən olan Əli Kərimli sonradan - barəsində Gülənlə əməkdaşlıq söhbəti yayıldığı zaman mühafizə çətirini məhz bu cümlələrlə quracaqdı: “Onlar ən ağır zamanda qanuni hakimiyyətə dəstək verənlərlə...” Türkiyə hakimiyyətinə ünvanlanan bu xitabda Əli Kərimlinin “ən ağır zaman” dediyi an darbənin ilk saatlarıdır. Yəni, Kərimli özünü hər iki cəbhədə sığortalamaq kimi bacarığından burda da maharətlə istifadənin ona uğur gətirəcəyini düşünüb. Çoxlarının nə baş verdiyini anlamadığı bir zamanda  darbə ifadəsi ancaq bunun olacağını gözləyən birinə məxsus ola bilərdi. İndi isə onsuz da çətin vəziyyətdə olan Gülənlə əməkdaşlığın üzərinə qara pərdə çəkib Türkiyə hakimiyyətinə “Səni ilk dəstəkləyən mən olmuşam” xatırlatması etmək olar. Bir növ prezident Putinin “Ərdoğana ilk zəng edənlərdən biri də mən oldum” minnətinin “müxalifət” düşərgəsindəki təkrarlayıcısı statusunu qazanmaq da az deyil.

Milli Şura Yurd sədrindən cavab istəyir

Proseslərin sonrakı inkişafının nə gətirəcəyi, Azərbaycanda Gülən tərəfdarlarına qarşı açılan cinayət işinin istintaqında nələrin ortaya çıxaracağı zaman məsələsidir. İndiliksə görünən odur ki, Əli Kərimlidən haqq-hesabı təkcə Gülən, yaxud hüquq-mühafizə orqanları soruşmayacaq. Cavab veriləcək daha bir ünvan var - Milli Şura. O Milli Şura ki, Kərimlinin monopoliyası altında qalsa da, ona ayrılan maliyyə dəstəyindən tamamilə məhrum olub. Əli Kərimli Milli Şura ilə “yeyəndə ortaq qardaş” olmaq istəmədi, indi bunun hesabını ondan soruşurlar. Yeni bəyanatlara hazıq olaq!

Əfqan





Həftənin ən çox oxunanları