Yuxarı

Əli Kərimlinin “həbs şousu"

Əli Kərimlinin “həbs şousu

“Yurd” lideri diqqəti referendumdan yayındırır

Rafiq Daşdəmirli: “Xalqı Əli Kərimli yox, öz problemləri maraqlandırır”

Keçmiş AXCP, indiki “Yurd” sədri Əli Kərimli “Meydan” TV-yə müsahibə verib və deyib ki, Azərbaycan hakimiyyəti onun həbsinə hazırlaşır. Əli Kərimli onu da iddia edib ki, bu həbs ölkədə qarışıqlıq yaradacaq və xalqı hakimiyyətə qarşı qaldıracaq. O, müsahibədə birbaşa onu dilə gətirdi ki, həbs olunsa, xalq başsız qalacaq. Yəni Əli Kərimli iddia edir ki, bu xalqın lideri özüdür.

İddianın pərdəarxası

Hələ FETÖ - “Yurd” münasibətləri və Əli Kərimli ilə camaat lideri Fətullah Gülənin gizli əməkdaşlığı ifşa olunmağa başlayanda “Yurd”a yaxın olan media qurumları həbs məsələsini gündəmə gətirdilər. “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli polis tərəfindən saxlanılanda da həmin mənbələr o iddianı irəli sürdülər ki, “Yurd” üzvlərinə qarşı başlanmış həbslər sədr Əli Kərimliyədək davam edəcək. Şübhəsiz ki, onun həbs ehtimalının ictimai rəyə yerləşdirilməsi təsadüf deyildi. Bu birbaşa Əli Kərimlinin özünün və hakimiyyətin maraqlarına xidmət edir. Nəzərə alsaq ki, iqtidarın Konstitusiyaya dəyişikliyin edilməsi layihəsi hal-hazırda diqqət mərkəzindədir və hər kəs referenduma diqqət ayırır. Bu halda lehinə və əleyhinə fikirlər cəmiyyətdə səsləndirilir. Belə bir məqamda da ictimai rəyi və diqqəti başqa yönə istiqamətləndirmək lazımdır. Bunun üçün də Əli Kərimlinin həbs olunacağı ehtimalı hakimiyyətin işinə yarayır. Əlbəttə, buradan “Yurd” sədrinin öz qazancı da olacaq ki, bu, maddiyyatla bağlıdır. Belə ki, həmişəki kimi Əli Kərimli öz ampulasına sadiq qalaraq referendumdan əvvəl diqqəti yayındıracaq və ona hakimiyyətdən bu iş qarşılığında vəd olunmuş “məvacib”ini alacaq.

“Müqəddəs missiya”

Hakimiyyət referendumu sakit keçirmək üçün onun maraqlarına xidmət edən siyasi qüvvələrin qarşısına bir missiya qoyub. Partiyaların bir qismi bunu dəstəkləyir, bir qismi boykot edir, bir qismi səssiz dayanır, bir qismi də mübarizə yolunu seçib. Ümumilikdə müxalifət sayılan partiyaların bir qismi Konstitusiya dəyişikliyi layihəsini dəstəkləsə də, digər bir qism bunu etirazla qarşılayır. Demokratik düşərgənin əsas hissəsinin bu dəyişikliklərə ehtiyac yoxdur fikri, hakimiyyət üçün xoşagələn deyil. Buna görə də  iqtidar Əli Kərimlinin qarşısına o missiyasını qoyub ki, müxalifət və cəmiyyətin diqqəti bütünlükdə referendumdan yayınsın. Məhz buna görə də bütün gücüylə öz həbsini gündəmə gətirir və həm daxildə, həm də xaricdə diqqəti öz üzərinə çəkmək istəyir. Prinsipcə, Əli Kərimli bütün seçki və referendum illərində müxalif düşərgə daxilində gərginlik, cəmiyyət içində də çaşqınlıq yaradaraq hakimiyyətin qalib gəlməsinə zəmin yaradıb. AXCP lideri Əbülfəz Elçibəy vəfat edəndən bu yana o, müxalifəti darmadağın etdi və ana müxalifət sayılacaq partiyaların iqtidara satılmasına şərait yaratdı. İndi də meydanda oynadığı əsas mövqeyi budur.

“Əli Kərimli həbs olunacaq və bu insanları maraqlandırmır”

AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət”ə bildirib ki, nə Əli Kərimlinin həbs olunacağı ilə bağlı yayılan məlumatlar, nə də referendum xalqı maraqlandırmır. R.Daşdəmirli bunu ölkədə davam edən total sosial-iqtisadi böhranla əlaqələndirib: “Yaxın günlərdə “Turan” İnformasiya Agentliyi etibarlı qaynağa istinadla Əli Kərimlinin həbs olunacağı barədə xəbər yayıb. Lakin ölkə indi elə bir vəziyyətdədir ki, insanlar gündəlik yemək üçün səhərdən axşama kimi öz problemlərinin həlli ilə məşğul olurlar. İndi xalqı heç nə maraqlandırmır. Ac insan gün ərzində ancaq hansı formada yaşamaq barədə düşünür.

Evləri sökülüb çöldə qaldıqları, qiymətlərin belə baha vaxtında insanları nə Əli Kərimli, nə də referendum maraqlandırır. Kimdir Əli Kərimlini həbs edən? Özü üçün şou düzəldir və istəyir ki, adamların başı bunun şousuna qarışsın. Böyük adamdır ki, onun həbsi kimisə maraqlandırsın? Sadəcə, missiyasını yerinə yetirir. İndi dönəm dəyişb. Bu gün vəziyyət o həddə çatıb ki, hərə öz başının hayındadır. İndiyə qədər o qədər adamları tutublar. Nə dəyişib, indi də nə dəyişsin? İstər referendum, istərsə də həbslər həmişə olub və olacaq. Heç nə də dəyişməyəcək”.

Mənsur





Həftənin ən çox oxunanları