Yuxarı

AXCP sədri: “Bu ölkədə heç kimə rahat yaşayış olmayacaq”

AXCP sədri: “Bu ölkədə heç kimə rahat yaşayış olmayacaq”

“Əhalinin banklara olan borcu və bankların düşdüyü ziyanı kasıb insanların cibindən çıxarmaq cəhdi ölkəni fəlakətə sürükləyir. Deyək ki, vətəndaş 500 – 10 000 ABŞ dollar arası vəsait alıb, onun manatla olan dəyərini tam ödəyib, bank isə 1000 ABŞ dolları götürən və dəyərini inflyasiyadan öncəki kursla ödəyib qurtaran vətəndaşa deyir ki, sən hələ banka 1500 manat da ödəməlisən. Bunu bank dilində, mikroiqtisadi, makroiqtisadi və hansısa dillərdə izah etmək olar, amma bunu insanlıq dilində izah etmək mümkün deyil. Vətəndaş dövlətinə, ölkəsinı inanıb və kredit götürüb, indi onun həyatı cəhənnəmə dönüb”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

R.Nurullayev əlavə edib ki, ölkədən külli miqdarda vəsaiti çıxaranlar cəzalandırılmadıqca, heç kimə rahat yaşayış olmayacaq:

“Niyə vətəndaşın həyatı cəhənnəmə dönüb? Çünki 8 milyard dolları ölkədən çıxaranlar, buna şərait yaradanlar, buna göz yumanlar, yalan danışanlar və hər kəsin başının altına yastıq qoyanlar, ölkə rəhbərliyinə yalandan manatın ölməzliyindən, analoqu olmamasından danışanlar, bizim cibimizdən oğurlanan pullarla özlərinə onlarla lüks maşın alanlar, dəyəri 10-20 milyon dollar olan villa tikənlər, ən bahalı şəhərlərdə özlərinə mülk alanlar, bizim pulumuzu 300, 500 milyon dollarla kredit adı ilə götürüb dədə malı kimi xərcləyənlər azadlıqdadır. Onlar azadlıqda qalınca, günahkarlar cəzalanmayınca və onların oğurladıqları geri qaytarılmayınca, bu ölkədə heç kimə rahat yaşayış olmayacaq.

Bu gün on milərlə kasıb vətəndaş qorxusundan da gecələr yata bilmir. Banklar onlara yaşamağa imkan vermir. Etdikləri güzəşt isə kredit vaxtının uzadılmasıdır. Bu isə ödəniləcək vəsaitin aydan aya daha da artması deməkdir. Qazanc isə "0". Bu, həll yoludurmu? İnsanları daha dərin quyuya itələyib salmaq çıxış yoludurmu?”

AXCP sədri qeyd edib ki, milyardları ölkədən oğurlayanların əmlakları müsadirə olunmalı, özləri həbsə atılmalı və oğurladıqları geri qaytarılaraq əhalinin keditinin ödənilməsinə şərait yaradılmalıdır:

“Banklar isə çox canfəşanlıq etməsinlər. Çünki məhz həm də onların oğru, qanundankənar və acgöz xislərləri nəticəsində ökə bu günə düşüb. Onlar iqtidarın bacarıqsızlığından, öz başının siyasi oyunların, hakimiyyəti saxlamaq cəhdlərinin içində olmasından istifadə edib, bu ölkəni talayıblar. Heç kim cəzasız qalmayacaq. Hər kəs layiq olduğu cəzanı almalıdır və alacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları