Yuxarı

“Yurd” sədri hakimiyyətin əlindəki vasitələrdən biridir"

“Yurd” sədri hakimiyyətin əlindəki vasitələrdən biridir

“Hakimiyyət “Yurd” sədri vasitəsi ilə ölkədə cəmiyyətin diqqətini seçkidən yayındırmağa çalışır. Açıq görünür ki, hakimiyyət referenduma qədər situasiyanı sakit saxlamaq və siyasi fəallığın qarşısını almaq üçün əlindəki bütün vasitələrdən istifadə edir. Əli Kərimli də bu vasitələrdən biridir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev deyib.

E.Mehtiyev qeyd edib ki, bu gün Azərbaycanda narazı elektorat kifayət qədər böyükdür:

“Cəmiyyət sanki barıt çəlləyinə oxşayır. Hər kəsin səbri tükənib. Ölkədə sosial-iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda xalqın heysiyyatı ilə oynamaq ən böyük yanlışlıqdır. Özünün şəxsi ambisiyalarını xalqın mənafeyindən üstün tutan Əli Kərimli 11 sentiyabırda “Məhsul” stadionunda keçirdiyi mitinqlə özünün əsl xislətini xalqın qarşısında bir daha nümayiş etdirdi.

Mitinqdə əzbərlənmiş, pafoslu çıxışlar, "Əli bəy" şüarları, Kərimlinin özünə vurğunluğu, gülüşü xalqın problemlərindən çox-çox uzaq idi. Əli Kərimli heç bir halda özünə alternativ siyasətçi qəbul etməyib. 18 sentiyabr tarixinə mitinq müraciəti ola-ola sentiyabrın 17-nə mitinq təyin etmək Müsavatın mitinqinə birbaşa müdaxilədir. Bu müdaxilə yenidən Kərimli-Müsavat qarşıdurmasına gətirib çıxaracaq. Artıq Müsavat tərəfdən Kərimlinin bu qərarına sərt reaksiyalar da verilib.Və beləliklə ölkədə siyasi fəallıq həmişəki kimi zəif tempdə davam edəcək”.





Həftənin ən çox oxunanları