Yuxarı

Əli Kərimlidən müxalifətə növbəti xəyanət

Əli Kərimlidən müxalifətə növbəti xəyanət

“Yurd” sədri 2005-ci ilin 26 noyabrında da cığallıq etmişdi “Oturaq mitinq oyunu”

2005-ci ildə müxalifətin “Azadlıq” bloku Bakı şəhərində böyük miqyaslı mitinqlər keçirməyə başladı. “Narıncılar” adı altında tanınan mitinqlər keçmiş “Qələbə” kinoteatrının qarşısında olan meydanda keçirilirdi. Aksiyalar yüksələn xəttlə inkişaf edirdi, xalq dəyişikliklərə inanırdı. Belə bir vaxtda Əli Kərimli təxribata əl atdı, noyabrın 26-da keçirilən icazəli mitinqin sonunda hamını oturaq aksiyaya çağırdı. Aksiya polis tərəfindən 15 dəqiqə ərzində dağıdıldı.

“Yurd” sədrinin qərarı Müsavat, ADP və digər siyasi partiyaların narazılığına səbəb oldu. Həmin partiyalar mitinq meydanını tərk etdilər. Çünki siyasi partiyalar başa düşürdülər ki, belə bir qərar hakimiyyətin narazılığına səbəb olacaq və proseslərə polisin, daxili qoşunların müdaxiləsini labüd edəcək. Yəni bu, kütləvi həbslərə səbəb

olacaqdı. Elə də oldu, sıravi müxalifətçilər və bir sıra partiyaların Əli Kərimlinin oturaq mitinq çağırışına adekvat cavab verməsiylə, polis qüvvələri meydana yeridildi. Mitinqlər zorakılıqla dayandırıldı. Yüzlərlə aksiyaçı döyüldü, həbs edildi.

Kütləvi həbslərlə yadda qalan 26 noyabr mitinqləri ilə hakimiyyət müxalifəti etiraz meydanından məhrum etdi. Bir neçə il demokrartik düşərgə aksiya keçirmək imkanından məhrum oldu. Faktiki olaraq, Əli Kərimli hakimiyyət üzərindən aldığı tapşırıqla bu planı həyata keçirmişdi. Çünki bu sistemli iş kimi görünürdü, hakimiyyətin anti-demokratik olduğunu, həssas məqamlarda zorakılığa əl atdığını bilə-bilə bunu etmişdi. Müsavat, ADP və digər siyasi qurumların oturaq mitinq qərarına görə, meydanı tərk etmələri də bundan xəbər verirdi. Lakin həmin partiya sədrlərindən fərqli olaraq, Əli Kərimli verdiyi qərarın son nəticəsini əvvəldən bilə-bilə insanları polislə qarşıdurmaya sövq etdi,  həm də demokratik düşərgəyə ən ağır zərbəsini vurdu.

2005-ci il ssenarisi təkrarlanır

“Yurd” sədri 2005-ci il mitinqlərindən sonra müxalifət düşərgəsində pərakəndəlik yaratdı və müxalifətin birgə mitinq keçirmək ənənəsinə son qoydu. İndi Əli Kərimli həmin oyunu yenidən bu ilin sentyabrın 26-da keçiriləcək referendumqabağı təkrarladı. Ondan əvvəl Müsavat ümumi müxalifətin mitinqlərinin keçirilməsini təklif etdi, partiya rəhbərliyi səviyyəsində müraciət olundu. Lakin Əli Kərimli Milli Şura daxilində hərəkət edəcəyini əsas gətirərək, bu təklifə heç kəs yaxın gəlmədi. Amma Müsavat heç bir bloka qoşulmadan ümumi müxalifətin mitinqinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Ortaq anlaşma olmadığı üçün ayrı-ayrı tarixlərə mitinq təyin edən Müsavat və Milli Şura (“Yurd”) demokratik düşərgənin birləşməsi qarşısına əngəl çıxardı.

Partiyalar anlaşmışdılar

Əli Kərimli və Milli Şura piket formasında keçirdikləri mitinqlərlə müxalifətin ümumi işinə mane oldu. Üstəgəl, sentyabrın 24-nə təyin etdiyi mitinqdən imtina etməklə müxalifətə ən ağır zərbəsini vurdu. Ümid vardı ki, son anda müxalifət partiyaları birgə mübarizəyə üstünlük verəcək. Hətta bir sıra siyasi partiyalar arasında məsləhətləşmələrin keçirildiyi və birgə aksiya barədə anlaşmanın əldə olunması xəbərləri gəlirdi. Müsavat başqanı Arif Hacılı partiyasının 18 sentyabr mitinqindəki çıxışında bunu dolayı yolla dilə gətirdi. Lakin Müsavatın mitinqinin ertəsi günü Əli Kərimli Milli Şuranın 24 sentyabr mitinqini təxirə salmaqla müxalifətin birgə hərəkətini növbəti dəfə pozdu. Faktiki olaraq “Yurd” sədri bu xəbərin ona çatdırılmasından sonra imtina qərarını açıqladı. Görünən bu idi ki, müxalifətin ümumi mitinq planı Əli Kərimlinin və bu planı həyata keçirməsi üçün pul aldığı siyasi dairələrin maraqlarına cavab vermirdi.

Mənsur





Həftənin ən çox oxunanları