Yuxarı

AXCP sədrinin müavini: “ANS-in bağlanması Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir”

AXCP sədrinin müavini: “ANS-in bağlanması Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir”

“Məhkəmə qərarı ilə ANS telekanalının lisenziyasının ləğv olunması üzücü xəbərdir. Son dövrlər ANS-də istədiyimiz obyektivliyi görməsək də etiraf etmək lazımdır ki, Azərbaycan televiziya məkanında ilk özəl telekanal olan bu telekanal öz dəst- xətti ilə tarix yaza bilib”. 

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev ANS-lə bağlı son məhkəmə qərarına münasibət bildirərkən deyib. E.Mehtiyev qeyd edib ki, telekanalın milyonlarla izləyicisi var. Bu izləyiciləri əsassız bir səhvə görə küsdürmək düzgün deyil:

“Hakimiyyət bunu nəzərə almalıdır. ANS-in fəaliyyətinin dayandırılmasının kifayət qədər əsasları olmalıdır. Hesab edirəm ki, "hakimiyyət məhkəməsinin" bu qərarı Azərbaycanın ifadə azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərə ziddir və heç bir hüquqi əsas yoxdur. Hakimiyyətin müstəqil medianın fəaliyyətinə ifrat siyasi yanaşma prinsipləri ifadə azadlığına basqıdır.

Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS telekanalının keçmişinə və ordakı jurnalist ordusuna görə üzülməyə dəyər. Orda çalışan işçilərə dözümlülük arzulayıram. Ümid sonda ölər, ümidinizi itirməyin”.





Həftənin ən çox oxunanları