Yuxarı

Mühacir biznesi: Dava böyüyür

Mühacir biznesi: Dava böyüyür

“Yurd” liderini öz adamları ifşa edir

Əli Kərimlinin “miqrant alveri” ölkə mediasının gündəmini zəbt edib. Bu məsələnin yayılmasına səbəb isə Avropada olan miqratların davasıdır. Belə ki, Avropada olan azərbaycanlı miqrantlar şəxsi ədavətləri nəticəsində bir-birini ifşa etməyə başlayıblar. Onların mühacirətə necə getməsi haqqında olan sənədlər yayılır və bütün sənədlərdə isə Əli Kərimli imzası var. Məsələ o qədər qabarıq hal alıb ki, artıq “Yurd” sədri də məsələdən baş aça bilmir və bütün sübutları təkzib etməyə çalışır.

Ancaq özü də başa düşür ki, bu sübutları təkzib edə bilməyəcək. Uzun illərdir ənənəvi müxalifətin “lider” kreslosunu işğal edən və pafoslu çıxışlarla özünü “demokrat” kimi təqdim etməyə çalışan Əli Kərimlinin əslində hansı işlər gördüyü artıq hər kəsə bəllidir. İndi məlum olur ki, “Yurd” sədri mühacirətə göndərdiyi şəxslərə “müxalifətçi arayış”ını 3000 dollara satır. Bunu isə Əli Kərimlinin mühacirətə göndərdiyi şəxslər özləri deyir.

Əli Kərimlinin hər bir Avropa ölkəsində “mühacir biznesinə” nəzarət edən adamları var. Bu haqda “Cümhuriyət” qəzetində və Cebhe.info saytında real faktlara əsaslanan yazılar dərc olunub və “Yurd” sədrinin imzası ilə verilən arayışlar ortaya çıxarılıb.

Qeyd edək ki, həmin arayışlar redaksiyamıza Avropada yaşayan azərbaycanlılar tərəfindən göndərilib. Əli Kərimlinin rəhbərliyi ilə sentyabrda təşkil olunan mitinqlər də məhz mühacirətə göndərmək üçün “müştəri” axtarışı idi. Təsadüfi deyil ki, təşkil olunan mitinqdə söhbətləşdiyimiz adının çəkilməsini istəməyən gənc fəal mitinqdə hökumətə etiraz etdiyini, sosial-iqtisadi vəziyyətin ağır olduğunu, bahalaşma, rüşvət, korrupsiyadan narazılığını dilə gətirdi. Ancaq Milli Şuranın mitinqinə qatılmaqda əsas məqsədinin etiraz olmadığını dedi.

“Mənə 3000 manata arayış söz veriblər”

Gənc mitinqçi bizimlə söhbətində “Əli Kərimliyə inanmıram. Bilirəm ki, hər zaman olduğu kimi yenə də hamını aldadacaq. Onun da rüşvətxor məmurlardan heç bir fərqi yoxdur. Sadəcə dostlarım dedi ki, get, mitinqdə iştirak elə, sonra səni Əli Kərimli xaricə göndərəcək. Mən də çalışıram ki, həmin arayışı alım və xaricə gedib. Dostum Əli Kərimlinin yanında olan adamdır. O, mənə vəd verib ki, rəhbərliklə danışıb və onlar mənə arayış verəcəklər. Dostum dedi ki, o arayışın qiyməti 3000 manatdır. Mən nə zaman o pulu ödəsəm arayışı verib məni xaricə göndərəcəklər”-deyə bildirdi.

Faktlar təkzibedilməzdir

Əli Kərimli isə bu sübutları təkzib etməyə çalışır, ancaq heç nə alınmır. Çünki sübutlar çox ciddidir və bunları təkzib etmək mümkün deyil. “Yurd” sədri də bunu başa düşür və hədəfi yayındırmağa çalışır. Ancaq ictimaiyyət hər şeyi görür və artıq Əli Kərimlinin dediklərinə heç kim inanmır. Əvvəllər bu kimi məsələləri “Yurd”un öz media quruluşları gündəmə gətirirdi və bununla da özlərinə müştəri yığırdılar. Ancaq artıq vəziyyət o yerə çatıb ki, “yurd”çuların özü belə Əli Kərimliyə etiraz edir. Yuxarıda da qeyd etdiyimiz kimi, yüksək məbləğlər qarşılığında, Əli Kərimlinn imzası ilə verilən arayışları məhz “yurdçu”lar yayır. Artıq onlarda Əli Kərimlinin əslində kimə və nəyə xidmət etdiyini görür, başa düşürlər.

“Yurd” sədri fakt qarşında

Almaniyada yaşayan azərbaycanlı mühacirlərdən biri də redaksiyamıza müraciət edərək yaxın günlərdə Əli Kərimlinin “mühacir biznesilə” məşğul olduğunu sübut edən sənədlər göndərəcəyini bildirib. Mediada adının hallanmasını istəmədiyini bildirən azərbaycanlı mühacir bunu ölümlə təhdidi edilməsi ilə izah edir: “Əli Kərimlinin mühacir biznesinə nəzarət edən şəxslər əlimdə faktların olduğunu bilir və məni ölümlə hədələyir, şantaj edirlər. Ancaq yaxın zamanlarda bütün Azərbaycan ictimaiyyəti Əli Kərimlinin və onun adamlarının hansı işləri, hansı məbləğ qarşılığında gördüyünü biləcək”. Göründyüü kimi, uzun zamandır müxalifətçi maskası altında gizələnən “Yurd” sədri artıq təkzibolunmaz faktlar qarşısında aciz qalıb.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları