Yuxarı

“Gürcüstanda seçkiyə qatılan azərbaycanlılara dəstək olmaq vacibdir”

“Gürcüstanda seçkiyə qatılan azərbaycanlılara dəstək olmaq vacibdir”

Gürcüstanda seçkilərə sayılı günlər qalıb. İki gündən sonra yaxın qonşumuz Gürcüstanda parlament seçkiləridir. Proporsional və majoritar seçki sistemi ilə keçiriləcək mübarizədə namizədlər 150 deputat mandatı üğrunda yarışacaqlar. 47 partiyanın qatıldığı seçkilərdə 2.1 milyon seçicinin iştirakı gözlənilir. Ölkədə isə narahatlıqlar günü-gündən artır. 

Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Rafiq Daşdəmirli seçkilərdə azərbaycanlıların iştirakını yüksək qiymətləndirib:

“Gürcü Arzusu,Vahid Milli Hərəkat Partiyası,Vahid Hərəkat Partiyası,Yeni Gürcüstan Partıyası, Respublikaçılar Partiyası, Demokratik Gürcüstan Partiyası, Vətənpərvərlər Alyansı və digər partiyalar seçkilərdə iştirak edirlər. Çox sevindirici haldır ki, öncəki seçkilərdən fərqli olaraq daha çox həmyerlimiz prosesə qoşulub. Maraqlı haldır ki, həm Vahid Milli Hərəkat Partiyasında, həm də “Gürcü Arzusu” Partiyasında proporsional siyahıda həmyerlilərimiz yer alıblar. Əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə Gürcüstan Müsəlmanları İdarəsi seçkilərə aktiv şəkildə qoşulub.

Azərbaycanlılar arasında aktivlik artıb, namizədlərin çoxluğu, onların seçilərlə görüşü insanlarda bir ümid yaradıb. Bolnisi rayonundan namizəd olan Samirə İsmayılova və ilk azərbaycanlı professor Fərman Ceyranlının şanslarını yüksək qiymətləndirmək olar. 47 azərbaycanlı və 9 gürcü kəndindən səs almağa çalışan namizədlər aktiv təbliğat kompaniyası aparırlar. Çox yaxşı haldır ki, onlar görüşlərində insanları daha aktiv olmağa səsləyirlər”. 

AXCP funksioneri Azərbaycanda yaşayan borçalıları da səsvermədə aktiv iştirak etməyə və seçkilərdə iştirak edən azərbaycanlılara dəstək olmağa çağırıb:

“Azərbaycan və Gürcüstan hər zamanlar qonşuluqdan əlavə dost olublar. Hər zaman Gürcüstanda gedən siyasi proseslər bizləri də maraqlandırıb.Ona görə ki, biz soydaşlarımızın taleyinə biganə qalmırıq və qala bilmərik. Bu seçkilərdə gürcülərlə barabər soydaşlarımızın aktiv siyasətə qoşulması hər bir azərbaycanlını sevindirir. Parlamentə düşmək, soydaşlarımızın səsini hökumətə catdırmaq, Gürcüstanın ictimai-siyasi həyatında fəal olmaq hər birimizin arzusudur. Həm hakim partiyanın, həm də Vahid Milli Hərəkat Partiyasının siyahısında yer alan Savalan Mirzəyev, Ruslan Hacıyev, Azər Süleymanov, Əhməd İmamquliyev dəyərli soydaşlarımızdır.

Bu seçkini daha çox iki partiyanın mübarizəsi saymaq olar. Çox yaxşı haldır ki, namizədlərin hər biri müasir düşüncəli, milli təfəkkürlü, sabaha ziyalı gözüylə baxan, gürcü dilini, rus dilini mükəmməl bilən dəyərli Borçalı gəncləridir. Belə gənclərimizlə fəxr etməyə dəyər.Yaxşı olar ki, Azərbaycanda yaşayan, Gürcüstan əsilli soydaşlarımız onlara dəstək olsunlar. Burda yaşayan xeyli sayda həmyerlilərimiz səfirlikdə təşkil olunan seçkilərdə fəallıq edib səs versinlər. Onların seçilməsi Borçalıda insanlarımızın özünə inamını artıracaq”.





Həftənin ən çox oxunanları