Yuxarı

Parlamentdə siyasətçilərin yerində bəzən qəssablar əyləşir”

Parlamentdə siyasətçilərin yerində bəzən qəssablar əyləşir”

[caption id="attachment_534" align="alignleft" width="200"]Qorxmaz Ibrahimli_1 Qorxmaz İbrahimli: "Mandat məsələsini həll etmisən, danışmısan” sualını eşidəndə xəcalətimdən ölmək istəyirəm”[/caption] Hələ də seçkilərə qarılıb qatılmayacağı sual altında olan partiyalartdan biri də Aydınlardır. Qeyd edək ki, partiya “Azadlıq-2015” seçki blokunda təmsul olunsa da, hələ qəti qərar verməyib. Müsahibimiz  partiya sədrinin müavini Qorxmaz İbrahimlidir. - Proporsional sistemin ləğvi Azərbaycanda siyasi partiyaların inkişafına əngəl törədir. QHT-lərin partiyalardan daha önə çıxmasını da anormallıq hesab edirəm. Çünki siyasi fəaliyyət, parlament fəaliyyəti birinci növbədə siyasi partiyaların işi olmalıdır. Baxmayaraq ki, mən də QHT sektorundakı fəaliyyətimlə az-çox cəmiyyətə fayda verməyə çalışıram, ancaq bunu siyasi fəaliyyətlə qarışdırmamaq lazımdır. QHT dar sahəni əhatə etməlidir. Yalnız ümumilli məsələlər birləşdirməlidir QHT-ləri. Siyasət isə dediyim kimi, özünü parlamentdə daha çox göstərməlidir. Amma bizdə parlament öz çərçivəsində olmadığından, Milli Məclisdə siyasətçilərin yerində, bəzi hallarda qəssablar əyləşir.   - Seçkiöncəsi aktivlik də hiss olunmur... - Seçkiöncəsi aktivliyin olmamasının səbəblərindən biri də, məhz siyasətlə siyasətçilərin deyil, tacirlərin məşğul olaraq öz bizneslərini qorumağa çalışmalarıdır. Dünyanın demokratiyaya can atan, ədalətə önəm verən heç bir dövlətində seçkilər bu qədər sönük ola bilməz. Təəssüflə bildirməliyəm ki, bu da millətimizin və dövlətimizin gələcəyinə çox mənfi təsir göstərəcək. Şərqin ilk demokratik cümhuriyyətini qurmuş bizlər dar düşüncəli və harın insanların üzündən çox geri qalmışıq. Görün nə günə qalmışıq ki, indi məhkəmələrimizin qərarlarına belə şübhə ilə yanaşaraq bizi qınamağa çalışırlar.   - Aydınlar Partiyası da seçkini boykot edə bilərmi? - Boykot ehtimalı var. Son günlər seçkinin nəticələri haqda bəri başdan xəbərlərin yayılması bədbinliyimizə əsas verir. Mənə şəxsən sual veriləndə ki, "seçilmək işlərini həll etmisən, danışmısan", xəcalətimdən ölmək istəyirəm. Məncə bu qədər olmaz! Təvazökarlıqdan uzaq olsa da, mənim kimi soyu, mübarizə yolu və dövlətinə, millətinə sədaqəti olan bir insanı iki dəfə bir qəssaba uduzdurmaq, üçüncü dəfə də bunu təkrar etməyə hazırlaşmaq çox üzücüdür. Bəsdir daha! Heç kimi inandıra bilmirəm. Övladlarım belə bu durumdan çox üzgündürlər. Siyasi cəhətdən ən sıxıntılı dönəmlərə belə hər şeyə nikbin yanaşan mən artıq yorulmuşam. Məncə artıq siyasətdən çəkilmək və vətəndən getmək haqqında düşünməli olacağıq. Mən bilirəm ki, normal seçkidə qalib gələrək parlamentdə təmsil olunmağımla dövlətimə yalnız faydam dəyə bilər. Biz bəzi mandatını biznesinin tavanına çevirmiş insanlar kimi tez-tez nə dost dəyişdirdik, nə dövlətinə zərbə vurmaq üçün fürsət gözlədik, nə də vətəndaşlarımıza yuxarıdan aşağı baxdıq. Mən ailəmlə birlikdə bu dövlətin qurulmasında canımızı belə əsirgəməmişik. Ən ağır zərbələr almışam. Savaşlarda, meydanlarda keçən ömrüm ailəmin sevimlisinin ağır xəstəlik tapmasına və onu itirməyimizə səbəb oldu. ADP-nin də qərar verməsi, şübhəsiz ki, yayılmış bu söz-söhbətlərlə bağlıdır. Siyasi partiyaların beş il gözləyərək parlament seçkilərini boykot etmək məcburiyyətində qalması, məncə ölkə rəhbərliyini düşündürməlidir. Allah qorusun, bir təlatümdə gəmini tərk edərək, Prezidentini, dövlətini problemlərlə üz-üzə buraxacaq bu oyunbazların qarşısı indidən alınmalıdır. Cavad  





Həftənin ən çox oxunanları