Yuxarı

Xalq Cəbhəsinin tarixi qələbəsi - 18 oktyabr

Xalq Cəbhəsinin tarixi qələbəsi - 18 oktyabr

18 oktyabr Müstəqillik haqqında  Konstitusiya Aktının qəbul edildiyi gündür Sülhəddin Əkbər: “Hakimiyyətin bizə təzyiq etmək imkanı yox idi” 18 oktyabr Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix Azərbaycanda müstəqillik günü kimi qeyd olunur. 25 il öncə Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də qərar verməyi bir həftə sonraya saxlayır. Lakin mərhum Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Hərəkatının, hərəkatın avanqard təşkilatı olan Xalq Cəbhəsinin güclü təzyiqi Moskvapərəst hakimiyyəti geri çəkilməyə vadar edir. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasında müxalifətçi deputatlardan (əsasən AXC üzvlərindən-müəll.) ibarət “Demokratik Blok” fraksiyasının sabiq üzvü, keçmiş millət vəkili, AXC-nin fəallarından biri, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Moskvaya meylli hakimiyyət sənədin qəbul olunmasına mane olmağa çalışsa da, Elçibəyin rəhbərlik etdiyi Milli Azadlıq Hərəkatı güclü idi və sonunda istəyinə nail oldu. Xalqın tələbi ilə Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu: “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı xüsusilə “Demokratik blok”da çox ciddi müzakirələrdən keçib. Təbii ki, burada digər blok üzvləri kimi mən də aktiv iştirak etmişəm. Amma mətn üzərində daha aktiv işləyənlər Hacıbaba Əzimov, Tofiq Qasımov olub. Həmin vaxtı Azərbaycan Milli Azadlıq Hərəkatı, o cümlədən Xalq Cəbhəsi elə bir gücdə idi ki, hakimiyyətin bizə təzyiq etmək imkanı yox idi”. Konstitusiya Aktının hazırlanmasında heç bir dövlətin təcrübəsinə istinad edilməyib. Sülhəddin Əkbər deyib ki, bu sənəd Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi sənədlərinə əsasən hazırlanıb: “Bizim hazırladığımız tam orijinal bir aktdır. Əsasən Azərbaycan Xalq Cümhuriyyətinin varisliyi üzərində qurulub. Amma siyasi-fəlsəfi fikir olaraq ilk milli dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətini əsas götürmüşük. Bu tam orijinal bir sənəddir və heç bir təcrübədən də demək olar ki, istifadə etməmişik”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları