“Azad demokratlar” partiyasının sədri, Ermənistan Milli məclisinin deputatı Xaçatur Kokobelyan jurnalistlərlə söhbətində bir sıra səs-küylü açıqlama verib. O deyib: “Dəqiq anlamaq lazımdır ki, KTMT bu gün yalnız Rusiya tərəfindən həyata keçirilən siyasətin maraqları üçün istifadə edilir. Dörd günlük aprel müharibəsindən sonra Rusiya faktiki olaraq Dağlıq Qarabağın ətrafındakı beş rayonun qaytarılmasına razılıq verib. Bu barədə həmin ölkənin hakimiyyətinin rəsmi mövqeyini təmsil edən şəxslər çəkinmədən danışırlar. Təəssüflə bildirməliyəm ki, indiyə qədər erməni tərəfi bu məsələyə rəsmi cavab verməyib. Ermənistan parlamentinin deputatı kimi mən Ermənistanın Müdafiə Nazirliyinə və XİN-ə rəsmi sorğu göndərməyə hazırlaşıram, belə ki, bu məsələ ətrafında heç bir müzakirə aparılmayıb, erməni tərəfi hər hansı bəyanat verməyib”, - Kokobelyan deyib. Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, deputatın sözlərinə görə, Bakının KTMT-yə təsiri həmin qurumun üzvü olan Ermənistandan daha güclüdür. “KTMT bugünkü siyasi hakimiyyətə uyğunlaşdırılmış alətdir və bunun vasitəsilə Ermənistanın təhlükəsizliyi məsələsi həll edilə bilməz. Buna ən yaxşı sübut odur ki, KTMT-nin iclasının gedişatında KTMT üzvü olan heç bir dövlətin prezidenti aprel müharibəsindən danışmadı, baxmayaraq ki. Ermənistan bu qurumun tam hüquqlu üzvüdür. Buradan belə nəticə çıxarmaq olar ki, rəsmi Bakının KTMT-yə təsiri bizimkindən daha çoxdur”, - erməni deputat deyib.
- Ana səhifə
- Siyasət
- Erməni deputat: “KTMT və Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdırlar”
Erməni deputat: “KTMT və Rusiya beş rayonun Azərbaycana verilməsinə razıdırlar”
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi