Yuxarı

AXCP sədri Qiyas İbarahimovu azad etməyə çağırdı

AXCP sədri Qiyas İbarahimovu azad etməyə çağırdı

AXCP sədri Razi Nurullayev gənc fəal Qiyas İbrahimovun 10 il müddətinə həbs edilməsinə münasibət bildirib.

Cebhe.info xəbər verir ki, partiya sədri bu məsələni demokratik cəmiyyət quruculuğunun tam iflası kimi dəyərləndirib:

“Bu gənc nə edib ki? Mərhum Heydər Əliyevin heykəlinin üzərinə xoşagəlməz bir şüar yazıb. Bu xoşagəlməz haldır, amma 10 il həbslik cinayət deyil, xuliqanlıq hadisəsidir və inzibati xəta olaraq nəzərdən keçirilməlidir. Narkotik ittihamı ilə gənc fəala on il iş verilməsi dözülməz haldır. Ümumiyyətlə, çox maraqlıdır ki, ictimai-siyasi fəallıq göstərən şəxslərin hamısı narkoman olur, yox, zorən narkotik aludəçisi olur. Bu tip siyasi mübarizə başadüşülən deyil və hökmün də siyasi sifariş olduğunu aşkara çıxarır”. 

Razı Nurullayev Qiyas İbrahimovun azad edilməsini tələb edib. O qeyd edib ki, gənclərin həyatının bahar çağını qaranlıq zindanlarda keçirməsi rəva deyil: “Bu cür hərəkətlərlə qorxu mühiti yaratmaq mümkün olmayacaq. Müxalifət düşüncəli insanların, partiyaların, digər quruluşların önündə sədd çəkməkdənsə, bir onları dinləyin, şikayətlərinə qulaq verin və cəmiyyətdə normal münasibətlər yaradın. Əks halda, bir gün ayılanda çox gec olacaq”. 

Alçina Amilqızı





Həftənin ən çox oxunanları