Yuxarı

Əli Kərimlinin siyasi məhbus alveri

Əli Kərimlinin siyasi  məhbus alveri

  Siyahı dostları düşmənə çevirdi Xədicə İsmayıl da “Yurd” sədrinə qarşı “Yurd” sədri Əli Kərimli və araşdırmaçı jurnalist Xədicə İsmayıl arasında narazılıq yaranıb. Narazılığa səbəb ayrı-ayrı işçi qrupları tərəfindən hazırlanan siyasi məhbus siyahılarıdır. Oktyabrın 17-də Xədicə İsmayılın rəhbərlik etdiyi işçi qrupunun hazırladığı siyahı açıqlandı. Ayın 18-də isə Leyla Yunus, Oqtay Gülalıyev və Elşən Həsənov tərəfindən ayrı siyahı tərtib olundu. Hər iki siyahı “Vahid İşçi Qrupu”nun siyahıları kimi açıqlandı. Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli Leyla Yunusun rəhbərlik etdiyi qrupun siyahısını dəstəkləyərək, Xədicə İsmayılın təşəbbüsünü rədd etdi. Hətta Əli Kərimli araşdırmaçı jurnalistin siyahısına kurasiyasına daxil olan mətbuat orqanlarında dəstəyin verilməsinə və təbliğatına qadağa qoydu. “Yurd” sədrinin addımı Xədicə İsmayılın narazılığına səbəb oldu, onu və Cəmil Həsənlini ağılsız və ambisiyalı olmaqda ittiham etdi. “Yurd” sədri Leyla Yunusu niyə seçdi? Əli Kərimli iki tərəfdən birini seçməli idi. Etdiyi seçimdə Xədicə İsmayılın yox, məhz Leyla Yunusun hazırladığı siyahının üzərində dayanması isə seçimin mahiyyətini açan mövzudur. Məlumdur ki, hazırlanmış siyahılar xarici təşkilatlara, beynəlxalq insan haqları qurumlarına və bir sıra dövlətlərin QHT-lərinə təqdim olunacaq. Adları siyahıya salınacaq məhbuslara donor təşkilatlardan pullar ayrılacaq. Əli Kərimlini də narahat edən bu məsələdir. O, başa düşür ki, ayrılacaq pulların istiqamətləndirilməsi məsələsində öz şərtlərini Xədicə İsmayıla diktə edə bilməyəcək, daha doğrusu Xədicə İsmayıl faktiki burada olduğundan alınan məbləğlərə birbaşa müdaxilə edə bilməyəcək və ayrılan pullar məhbus ailələrinə çatdırılacaq. Münasibətləri isti olan Leyla Yunusla anlaşmaq və onun ölkədə olmaması isə bu məsələdə onun işinə yarayır. Yəni, vəsaitə birbaşa sərəncsm hüququ əldə edir. Əli Kərimli simpatizanları iş başında Eyni zamanda Əli Kərimlinin Leyla Yunusun qrupunda özünə ən yaxın iki adamı var ki, adlarını ayrı olaraq çəkmirik və siyahının hazırlanmasında birbaşa iştirak ediblər. Bu baxımdan Leyla Yunusun tərtib etdiyi siyahıya donor təşkilatlardan ayrılacaq pulları mənimsəmək “Yurd” sədri üçün asan olacaq. Eyni zamanda Əli Kərimli siyahıya ən yaxın adamlarının adlarını da saldırıb. Hansı ki, həmin şəxslər Avropanın insan haqları təşkilatları tərəfindən siyasi məhbus kimi qeydə alınmayıblar. İndi həmin adamları siyasi məhbus kimi tanıtmaq Əli Kərimli üçün əlavə qazanc yeri deməkdir. Bu halda həmin məhbuslara ayrılacaq maddi vəsaitlərə sərəncam vermək daha asan olacaq. Şübhəsiz ki, pullar ayrılacağı halda bu, Əli Kərimlinin əlində cəmləşəcək və müəyyən qismi ailələlərə veriləcək, böyük bir hissəsini də mənimsəyəcək. Məhbuslar üçün alıb, özü yeyir Əli Kərimlinin siyasi məhbus və Avropadan sığınacaq almaq istəyən siyasi fəallar üzərindən alver etməsi bu günün məsələsi deyil. Hələ AXCP sədri olarkən, Avropadan sığınacaq almaq istəyənlərə saxta partiya bileti və ya üzvlük haqqında arayış verən Əli Kərimli eyni zamanda onlar üçün digər saxta dəlillərin (polis zorakılığını əks etdirən şəkillər, yalançı məhbusluq həyatı və s.) hazırlanması işində də fəal iştirak edib. Yaxın aylarda Cəmil Həsənli və Azərbaycanın Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədov vasitəsilə Avropada yeni mərkəz quran “Yurd” sədri alver məsələsini Müsavat Partiyasının əlindən aldı. Hələ bu alverə Müsavat rəhbərlik etdiyi dönəmlərdə o, siyasi məhbusların ailələrinə dəstək məqsədilə xarici dövlətlərin Azərbaycandakı diplomatik korpus və səfirliklərindən pullar alırdı. Aldığı pulların böyük bir hissəsini mənimsədiyi halda cüzi qismini məhbus ailələrinə verirdi. Nümayəndəliklər üçün hesabat formasında hazırladığı sənədlərdə isə bunun əksini göstərirdi. Mənsur





Həftənin ən çox oxunanları