Yuxarı

AXCP sədri: "Bəzi müsəlman ölkələrinin Ermənistana olan sevgisi..."

AXCP sədri:

Son zamanlar müsəlman ölkələri Ermənistana yardımlar edir.

Ermənistana yardım edən ölkələrin başında Küveyt dövləti durur. Küvet dövləti Ermənistanda ahıllar evi tikib. Bununla yanaşı Suriyadan Ermənistana qaçan qaçqınlara yardımlar edir. Maraqlısı ondadır ki, suriyalı qaçqınların hamısı erməni əsillidir, yəni, ərəb deyil, ancaq ərəb ölkəsi suriyalı qaçqınlar adı altında onlara yardımlar ayrır. Suriyalı qaçqın ermənilərin isə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşdiriləcəyi barədə məlumatlar var. Bu isə Azərbaycan üçün birbaşa təhlükədir.

Ərəb dövlətlərinin Ermənistana yardımlar ayırması və bunun səbəbləri barədə AXCP sədri Razi Nurullayev Ölkə.Az-a danışıb:

"Müsəlman ölkələrinin arasında problemin olması heç kimə sirr deyil. Ümumiyətlə müsəlman ölkələri arasında birlik çox zəifdir. Müsəlman ölklərinin başqa dinə mənsub olan ölkələrə sevgisi daha böyükdür. Müsəlmanlar bir-biri ilə yola gedə bilmir və bəzi müsəlman ölkələrinin də Ermənistana olan sevgisi başa düşülən deyil. Bu sevgi zaman-zaman İranın, Səudiyyə Ərəbistanının, Suriyanın timsalında özünü göstərib, Küveytin timsalında da özünü göstərməkdədir. Bunlar başa düşülən hərəkətlər, fəaliyyətlər deyil.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü, müsəlman dövlətlərindən biridir. Müsəlman dövlətləri bir-birini müdafiə etməlidir. Həmin təşkilat çərçivəsində öhdəlikləri var. Bu gün Azərbaycanda 1 milyondan çox qaçqın var. Azərbaycan neftdən pullar qazanır, Azərbaycan varlı ölkədir deyib, Azərbaycan qaçqınlarına ayrılmış yardımı kəsmək müsəlmançılıqdan kənar addımdır. Küveytin suriyalı qaçqınlar adı altında ermənilərə yardım göstərməsi başa düşülən deyil. Düşünürəm ki, bu Azərbaycana qarşı hörmətsizlikdir.

Biz bilirik ki, Qarabağ müharibəsində əsgərlərimizi öldürən muzdlular Livandan, Suriyadan, Küveytdən gəliblər və həmin erməni əsilli ərəbdillilər Azərbaycan vətəndaşlarını öldürüblər. Bu gün kim zəmanət verir ki, Ermənistana yerləşdirilən suriyalı qaçqınlar sabah Dağlıq Qarabağda Azərbaycan əsgərlərini, vətəndaşlarını öldürməyə qalxmayacaqlar.

Düşünmürəm ki, Ermənistan elə bir gözəl, cəzbedici ölkədir ki, qaçqınlar oraya yerləşməyə cəhd göstərsinlər. Bu bir bəhanədir. Düşünmürəm ki, insanlar gedib Ermənistanda yaşamağa üstünlük versinlər, əksinə son 5 ildə Ermənistandan 1 milyon insan xaricə mühacirətə gedib. O baxımdan bu başa düşülən deyil".IFrame

Cebhe.info





Həftənin ən çox oxunanları