Yuxarı

AXCP sədri: “Yalnız bu şərtlər qarşılığında ermənilərlə barışa bilərik"

AXCP sədri: “Yalnız bu  şərtlər qarşılığında ermənilərlə barışa bilərik

 

Yaxın günlərdə bir neçə erməni ziyalısı Azərbaycana səfər etdi. Səfər zamanı ermənilər Xocalı soyqırım abidəsini ziyarət etdilər, Ermənistanın təcavüzkar dövlət olduğunu bildirərək erməni xalqı adından Azərbaycandan üzr istədilər.

Bu məsələ uğur olsa da cəmiyyətin bir çox təbəqələri tərəfindən yaxşı qarşılanmadı. Son zamanlar ortaya atılmış "xalqların barışığı" ilə bağlı AXCP sədri Razi Nurullayev Ölkə.Az-a danışıb:

"Azərbaycan xalqı ilə erməni xalqının dost olmasını istəyərdik, əlbəttə, əgər bunu erməni xalqı istəyirsə. Bu gün bir çox deputatların, siyasətçilərin dilindən eşidirəm ki, Azərbaycan xalqı ilə erməni xalqı dost ola bilər. Bu belə deyil. Xalqlar arasında ədavət, nifrət o qədər güclüdür ki, bu xalqların barışması üçün uzun zaman lazım olacaq. Ermənilərlə barışmağımız üçün bir neçə şərt mövcuddur. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir, etdiyi əməllərə görə üzr istəməlidir, müəyyən kompensasiyalar ödəməlidir. Bundan sonra zamanla Azərbaycan xalqının qəlbindən nifrət silinməlidir. Çünki nə qədər ailələr başsız qalıb, nə qədər gəlinlər ərsiz qalıb, nə qədər uşaqlar atasız qalıb. Ona görə də, bu dağı, ağrını insanların qəlbindən silib atmaq mümkün deyil. Bu gün Ermənistan cəmiyyəti o qədər siyasiləşib, Dağlıq Qarabağla bağlı qəlbində o qədər nifrət gəzdirir ki, erməni siyasətçiləri ilə, erməni xalqı arasında ciddi bir fərq yoxdur. İstənilən bir erməni vətəndaşını küçədə saxla, soruş, Dağlıq Qarabağ kimindir? Dağlıq Qarabağın Ermənistanın olduğunu, onun üçün ölümə hazır olduqlarını böyük-böyük deyəcəklər. Əslində ermənilər Dağlıq Qarabağ üçün heç zaman ölümə getməzlər və getməyəcəklər də. Təbiətən də erməni xalqı qorxaq xalqdır. Ola bilsin, son zamanlar danışılanlar siyasətin bir parçasıdır, ancaq bu, xalqda qıcıq yaradır. Azərbaycan tərəfi haqq tərəfidir. Torpaqları işğal olunub. Ermənistan torpaqlarımızı azad edərsə, üzr istəyərsə, yavaş-yavaş xalqların qəlbindən bu nifrət çıxarıla bilər. Eyni zamanda bu nifrətin, ədavətin yenilənməsi üçün nəsil yenilənməsi lazımdır".





Həftənin ən çox oxunanları