Yuxarı

Əli Kərimlinin saxta profil əməliyyatına son

Əli Kərimlinin saxta profil əməliyyatına son

“Yurd” liderinin sosial şəbəkələrdəki “nüfuzu” yerlə bir olacaq

Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə mətbuata açıqlamasında bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub. “Bu, Azərbaycanda bir yenilikdir. Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək”, - deputat deyib.

Qərarın icrasının “Yurd” sədri Əli Kərimli üçün saxta profil “ordu”sunun sosial şəbəkələrdə, xüsusilə Facebook-da yaratdığı “nüfuz”unu növbəti dəfə alt-üst edəcəyi şəksizdir. Əli Kərimlinin Facebook-dakı “Ali Karimli” səhifəsi vasitəsilə etdiyi paylaşımlarına saxta profilləri hesabına minlərlə “layk” yığması haqda iddialar və sübut olunmuş faktlar aparılan araşdırmalar, yaxın çevrəsindəki adamlar tərəfindən dəfələrlə ifşa olunub. Orta hesabla “Yurd” sədrinin müavinləri, müşavirləri və yaxın çevrəsinə daxil olan adamların hər birinin 150-200 arasında saxta profili var. “Layk” və “rəy”lərin sayını normasından artıq göstərmək üçün nəzərdə tutulmuş saxta profillərdə “gender bərabərliyi”də qorunub. Profillərin 50%-i qadın, 50%-i də əks cinsin nümayəndələrinin adlarına açılıb. Yaş qrupunda daha çox gənclərə üstünlük verən Əli Kərimli muzdsuz trol və saxta profillərlə “Azərbaycanın yetişən gənc nəslinin siyasi lideri” olduğu imicini yaratmaq istəyir.

Trol əməliyyatları

Əli Kərimli trollarına sosial şəbəkələr vasitəsilə ondan cəmiyyətin nəzərində “müsbət rəy” yaratmaqdan başqa, digər “vəzifə” də təyin edib. Bu, onun ictimai qınaqdan müdafiəsinin təşkil olunmasıyla bağlıdır. Qeyd edək ki, “Trol” Skandinaviya folklorunda mağaralarda yaşayan əfsanəvi nəhəng, yaxud bir sıra hallarda cırtdan olaraq təsvir edilən varlıqdır. Müasir nağıllarda isə trollar körpülərin altında gözləyən, yoldan keçən insanları müxtəlif vasitələrlə yolundan edən, özündən zəiflərdən xərac istəyən varlıqlar kimi təsvir olunurlar. Günümüzdə isə sosial şəbəkələrdə də trol anlayışı var. Xüsusilə, saxta profillərin həyata keçirdiyi trol əməliyyatları insanları söyüş və təhqirə təhrik etmək, e-mail, yaxud sosial şəbəkə ünvanına spam, viruslu mesajlar göndərərək hesabları ələ keçirməyi nəzərdə tutur. Əli Kərimlinin minlərlə saxta profil ordusunun olduğunu nəzərə alsaq, son zamanlarda trol əməliyyatları ilə bir sıra sıravi vətəndaş və cəmiyyətin nüfuzlu şəxslərinə məxsus sosial şəbəkə hesablarının ələ keçirilməsinin də onun adına yazılması təsadüf hesab olunmamalıdır.

Əli Kərimlini unutdurmamaq

Siyasi arenada ağır məğlubiyyətlərini sıralayan Əli Kərimlinin özünü yenidən cəmiyyət və siyasətə qazandırmaq istəyi baxımından, saxta profil “ordu”suna ümid etməsi başa düşüləndir. Faktiki olaraq, heç bir partiyanın sədri olmayan “Yurd” rəhbərinin siyasi meydanda qalması üçün də bir səbəbi yoxdur. Facebook-dakı saxta profil ordusu və trolları da sırf Əli Kərimlini unutdurmamaq vəzifəsinin icraçıları qismindən çıxış edirlər. Seçkilərdəki ağır məğlubiyyətlər, müxalifətdəki müttəfiqlərinin ondan imtina etmələri, xarici xüsusi xidmət orqanları ilə gizli əlaqələrinin faktlarla ifşa olunması, nəhayət uzun illər işğalda saxladığı AXCP-nin hüquqi təmsilçiliyini itirməsi Əli Kərimlini siyasət meydanına bitirdi. Artıq səsləndirdiyi ən qeyri-adi fikirlərə görə də müzakirə mövzusu ola bilməyən “Yurd” sədri fəaliyyətini sosial şəbəkə “fenomen”i olmaq istiqamətinə yönəldib. Evdə qalmış siyasətçi üçün bundan başqa alternativin olması da mümkün deyil.

Əfqan Ədilov





Həftənin ən çox oxunanları