Yuxarı

Seçkilərin nəticələri tanınmaya bilər

Seçkilərin nəticələri tanınmaya bilər

Seçkilərin legitimliyi şühbə altında

FezailMilliMəclisə keçiriləcək seçkilərin legitimliyini şübhə altına alan bəyanatların sayı artır. Bu mövqedən çıxış edən müxalifət rəsmiləri namizədlərinin təzyiqlərlə üzləşdiyini və hakimiyyətin beynəlxalq təşkilatlar qarşısında götürdüyü demokratik öhdəlikləri yerinə yetirmədiyini əsas gətirir. Ona görə də seçkilərin nəticələrinin ATƏT, Avropa Şurası, Avropa Parlamenti və ABŞ Dövlət Departamenti tərəfindən tanınmayacağına dair müxalif düşərgədə siyasi proqnozlar səslənir.

Beynəlxalq təşkilatlar seçkilərin monitorinqini aparmayacağını bildirib. Bu isə hakimiyyətin azad və ədalətli keçirmək niyyətində olmadığına dair qənaəti möhkəmləndirib. Yəni müxalifət hesab edir ki, seçkilərə münasibətdə beynəlxalq təzyiqlərin artması və həmçinin seçkilərdə iştirakdan imtina edilməsi iqtidarın mövqeyində siyasi yumşalmaya gətirib çıxara bilər. Bir sıra siyasi ekspertlər isə hesab edir ki, seçki prosesinin hansı şəraitdə keçirilməsindən asılı olmayaraq, Qərb yeni parlamentlə əməkdaşlıq edəcək. Bu isə onun legitimliyinin tanınmasına səbəb olacaq.

Seçkilərdə iştirakdan imtina etmiş Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, beynəlxalq təcrübədə müstəqilliyi və suverenliyi tanınan hər bir dövlətin hakimiyyəti də legitim olub-olmamasına baxmayaraq tanınır. Parlamenti və ya prezidenti tanımamaq anlayışı yoxdur. Sadəcə olaraq, Azərbaycanda seçkilərin nə dərəcədə demokratik keçirilməsi, xalqın iradəsini əks etdirib-etdirməməsi məsələsinə qiymət verilə bilər: “İki cür legitimləşmə var. Birincisi, aktiv legitimləşmə. Bu halda seçkilər demokratik keçirilir və başlanğıcdan hakimiyyət bütün dünya tərəfindən tərəfdaş kimi qəbul edilir. Digər forma isə passiv legitimləşmədir. Əgər xalq hakimiyyətin formalaşmasında iştirak etmirsə və ona tabe olursa, buna passiv legitimləşmə deyilir. Ona görə də beynəlxalq ictimaiyyət həmin hakimiyyətlə əməkdaşlığı davam etdirir. Azərbaycan təcrübəsi də göstərir ki, hakimiyyət xalqın iradəsi əsasında formalaşmayıb. Xalq isə ona tabe olduğuna görə passiv legitimləşmə mövcuddur. Bu səbəbdən də əməkdaşlıq davam etdiriləcək. Yəni hakimiyyətin legitimliyi ilə Qərbin əməkdaşlıq edib-etməməsinin heç bir əlaqəsi yoxdur”. Azərbaycan hakimiyyətinin zəif inkişaf etdiyini vurğulayan S.Cəlaloğlu hesab edir ki, Azərbaycan dövləti dünyada sülhə, sabitliyə təhlükə törətmədiyinə görə Qərblə əməkdaşlıq davam edəcək: “Söhbət Azərbaycan xalqının bu məsələyə reaksiyasından gedir. Xalq bu hakimiyyətin legitimliyini qəbul etsə, dünya da onu qəbul edəcək”.

Bununla yanaşı, ADP sədri bildirdi ki, seçkidən sonra siyasi şərait hər zaman dəyişə bilər və hakimiyyətin müxalifətlə dialoq qurması zərurəti ortaya çıxması prosesi gündəmə gələr. Azərbaycanın yerləşdiyi regionda başverən geosiyasi proseslər də bunu deməyə əsas verir. Ona görə də S.Cəlaloğlu iqtidar-müxalifət dialoqunun qurulmasında iştirak etməyə hazır olduqlarını dedi. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının fikrincə, özünə güvənən hər bir şəxs və siyasi qüvvə seçkilərdə iştirak etməlidir. Onun sözlərinə görə, seçkilərdə iştirak Azərbaycana da töhfə verə bilər: “Bu etimadı qazananlar seçilər, qazanmayanlar növbəti illər üçün daha ciddi şəkildə hazırlaşarlar. Qarşıdan gələn parlament seçkilərində məğlub olacaqlarını bilərək onu etiraf etmək əvəzinə müxtəlif bəhanələrlə  seçkilərin üzərinə kölgə salır, ondan imtina edirlər. Belə mövqedən çıxış edənlər birmənalı şəkildə Ermənistana xidmət edən anti-Azərbaycan qüvvələrinin yanındadır. Azərbaycanın çağdaş tarixinə nəzər saldıqda, medianı araşdırdıqda bu nəticəyə gəlmək olur ki, həmin qüvvələr Əli Kərimlinin ətrafı və Milli Şuradır. Onlar Azərbaycan dövlətçiliyinin zəifləməsinə xidmət edən anti-Azərbaycan qüvvələrinin yanındadır. Anti milli qüvvələr xaricdən qrant almaqla öz həyat şəraitini yaxşılaşdırmağa çalışır. Siyasət onlar üçün yüksək yaşam tərzini təmin etmək vasitəsidir”.

Müşfiq





Həftənin ən çox oxunanları