Yuxarı

AXCP sədrinin müavini: “Hökumət xalqa əzabın pik həddini yaşadır”

AXCP sədrinin müavini: “Hökumət xalqa əzabın pik həddini yaşadır”

 

İşığın, qazın qiymətini artırmaqla ölkəni qaranlığa qərq etdilər. Faktiki olaraq, bu hökumət xalqa qarşı "soyqırım" siyasəti yeridir. Baxın, qiymətlər günü-gündən artır, işsizlik baş alıb gedir, kredit borclarına güzəşt edilmir, iş adamları ölkəni tərk edir, ölkə idxaldan asılı vəziyyətdədir, amma yenə də efirə çıxıb inkişafdan ağızdolusu danışırlar".

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib. E.Mehtiyev qeyd edib ki, bu gün hökumət xalqa əzabın pik həddini yaşadır:

"Artıq belə getsə, insanlar öz əcəlindən deyil, aclıqdan, səfalətdən dünyasını dəyişəcəklər. Vaxtında neftdən ölkəyə milyardlar gələn dövrdə heç bir real sahəyə investisiya yatırılmadı. Əksinə, məmurlar çalışdılar ki, ölkəyə gələn neft gəlirini öz malları kimi sağa-sola dağıtsınlar. Belə bir vəziyyətdə böhrandan necə üzüağ çıxmaq olar? Bu gün ölkə bütövlükdə qaranlığa qərq olub, cəmiyyət borc içində boğulur, hər gün kütləvi ixtisarlar olur, insanlar intihar həddinə çatıblar. Bu xalqı məhvə məhkum etməyin".

Mənsur

 





Həftənin ən çox oxunanları