Yuxarı

Razi Nurullayev: "Əli Kərimli adlı partiya sədri tanımıram"

Razi Nurullayev:

Son günlər Əli Kərimlinin AXCP-yə yeni üzvlər cəlb etmək üçün sosial şəbəkələr vasitəsilə çağırışlar etməsi onun keçmiş müavini, eyniadlı partiyanın sədri Razi Nurullayevi qəzəbləndirib.

Partiya sədri AzVision.az-a bildirib ki, Azərbaycanda AXCP adlı bir siyasi partiya var. R.Nurullayev Əli Kərimli adı partiya sədrini tanımadığını deyib. “Yeni üzvlər toplamaq bütün siyasi partiyaların arzusudur. Amma, mən AXCP adında bir partiya tanıyıram və ona mən rəhbərlik edirəm. Əli Kərimli adlı şəxs “Yurd” təşkilatının sədridir, AXCP sədri deyil”, - deyə R.Nurullayev bildirib. Partiya sədri ənənəvi müxalifət rəhbərlərinin nəyisə dəyişə biləcəyinə inanmır: “Yenilikçilik, uzaqgörənlik və zamanla daban-dabana getmək yeni qüvvələrə məxsusdur, həm də onların gücü daxilindədir. Bu yeni qüvvələr içində rəhbərlik etdiyim partiyanı görürəm. Xalqın qırılmış inamını onu qıran şəxs və şəxslər bərpa edə bilməz. Əfsuslar olsun ki, Azərbaycan siyasətində xalqın dilindən danışan çox insan var, amma xalqla ürəyi döyünənlər isə barmaqla sayılası qədərdir”.

Cebhe.info





Həftənin ən çox oxunanları