“Radikal dini qruplar Azərbaycan üçün böyük təhlükədir. Azərbaycan dünyəvi dövlətdir və müxalifət olaraq bu təhlükəyə “yox” deməliyik. Müxtəlif radikal dini qrupların dünyanın müxtəlif ölkələrində törətdiyi qarşıdurma və xaosun yaratdığı problemlərin illərdir ki, qarşısını almaq mümkün deyil. Ona görə də ölkəmizi belə təhlükələrdən qorumalıyıq. Əgər ölkədə iğtişaşlar və xaos olarsa, sabitlik pozularsa, əmin olmayaq ki, biz, ya da digər demokratik qüvvə hakimiyyətə gələ bilər”.\\Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayevin sözlərinə görə, sabitlik pozularsa, ən böyük təhlükə hakimiyyətə hansısa dövlətin maraqlarını qoruyan təşkilatların gəlməsidir:\\“Bu isə ölkənin qan çanağına dönməsi deməkdir. Bizim üçün siyasi dəyişiklik qanuni, sivil formada və Konstitusiya yoludur. Azərbaycanda siyasi dəyişikliyi konstitusion yolla görür və buna çalışırıq. Təbii ki, hakimiyyətin qanuni yolları məhdudlaşdırması bunu bir çoxlarının gözündə mümkünsüz edir, lakin həyatda mümkün olmayan şey Allahın yazdıqlarını dəyişməkdir. Uca Tanrı isə YAP hakimiyyətinə ömürlük iqtidar yazmayıb.\\Qanuni təmsilçi kim olur-olsun, hakimiyyət dəyişikliyinin dinc yoldan başqa formatı yoxdur, ola da bilməz. Təbii ki, Azərbaycanda seçkilərin keçirilməsində ciddi maxinasiyalar var. İnsanların öz iradəsini ortaya qoymasına imkan verilmir. Amma bu, o demək deyil ki, insanlar silaha sarılıb dəyişikliyə getməlidir. Silahın, iğtişaşın və yad qüvvənin diktəsinin gətirdiyi potensial dəyişikliyin Azərbaycan xalqını daha böyük fəlakətlərə sürüməsinə şübhə ola bilməz. Bunun üçün də Azərbaycanın təhlükəsizliyi və sabitliyinin qorunması ən ümdə məsələ olaraq gündəmimizdədir”.\\AXCP sədri bildirib ki, Azərbaycan və İsrail arasında geniş əlaqələr var və rəhbərlik etdiyi partiya münasibətlərin daha da inkişafına tərəfdarıdır: \\“Hesab edirəm ki, Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması, yeni təhlükəsizlik texologiyalarının ölkəyə cəlb edilməsi və Dağlıq Qarabağ münaqişəsində bizim irəliyə getməyimiz həm də İsraillə dostluğumuzdan keçir. Biz həm də İsrail-İran münasibətlərinin yaxşılaşmasında maraqlıyıq. Çünki regionun sabitliyi bizim üçün çox böyük əhəmiyyət daşıyır. AXCP olaraq, nəinki lokal, həm də fundamental olaraq regionun sabitliyi bizim üçün çox əhəmiyyətlidir. Hesab edirik ki, sabit, firavan və təhlükəsiz Türkiyə həm də sabit, firavan və təhlükəsiz Azərbaycan deməkdir. Eyni zamanda, digər Azərbaycana dost olan qonşu ölkələrdə - Rusiya, İran, Gürcüstanda da sabitliyin və barışın olmasında maraqlıyıq”.\\Vilayət Muxtar\Cebhe.info
- Ana səhifə
- Siyasət
- AXCP sədri Razi Nurullayev: “Radikal dini qruplar Azərbaycana böyük təhlükədir”
AXCP sədri Razi Nurullayev: “Radikal dini qruplar Azərbaycana böyük təhlükədir”
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi