\\Əli Əliyev: “Bu cür halların ortaya çıxmasının səbəbi yarıtmaz idarəçilikdir.”\\“KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi qondarma “DQR”in “S xlebom i solyu” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq festivala dəvət edib. Bu, Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olsa da, aiddiyyatı qurumlar bununla bağlı gecikmiş bəyanat yayıblar. Prezident Administrasiyasının rəhbərinin müavini, PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da məhz bu məsələyə diqqət çəkərək Xarici İşlər, Gənclər və İdman və Mədəniyyət və Turizm nazirliklərinin fəalliyyətini tənqid edib.\\N.Məmmədov özünün Facebook səhifəsinə “Nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı” deyə yazıb.\\Xarici ölkələrlə, diaspor təşkilatları ilə işləyən qurumların fəaliyyətsizliyi uzun zamandır geniş müzkairyə çıxarılan mövzulardandır. İllərdir ki, bu qurumlar proseslərin arxasınca sürünür, yalnız bəyanat verməklə kifayətlənir, heç bir qabaqlayıcı tədbir görməməklə yanaşı, məsələlərə yanaşma tərzi ilə də dünyanın diqqətini problemli məqama yönəldə bilmirlər.\\Son hadisə bunun bariz nümunələrindən biri kimi ortaya çıxdı və iş hətta o yerə çatdı ki, PA-nın məsul nümayəndəsi bunu sosial şəbəkə vasitəsilə həmin nazirliklərin rəhbərlərinin diqqətinə çatdımalı oldu. Başqa sözlə, fəaliyyətsizlikləri ictimaiyyət qarşısında hər iki nazirin üzünə vuruldu. Belə görünür ki, artıq həmin nazirlərin “fəaliyyəti” ölkə rəhbərliyini qane etmir və məsələnin ictimailəşdirlməsi üçün sosial şəbəkə ən uğurlu seçimdir. Novruz Məmmədovun statusundakı “ölkə başçısının tapşırığından sonra” ifadəsi də həmin nazirliklərin rəhbərliyinin proseslərə cəld və dövlətçilik mövqeyindən adekvat reaksiyasının gecikdirildiyinə işarə edir.\\Ehtimal olunur ki, cari ildə bir neçə nazirliklərdə zirvə dəyişikliyi olacaq. Belə görünür ki, ilk hədəfdəkilər arasında məhz N.Məmmədovun işarə verdiyi nazirlər də yer alacaq.\\Sözügedən məsələ ilə bağlı məsulliyyət daşıyan qurumlardan biri də Diaspor ilə İş üzrə Dövlət Komitəsidir. Bir müddət öncə Diaspor ilə İş üzrə Dövlət Komitəsinin ləğv olunacağı ilə bağlı məsələ gündəmə gəlmişdi. Belə görünür ki, komitə rəbərliyi bu məsələnin gündəmə gəlməsindən sonra həvəsdən düşüb və artıq işləmək istəmir. Bir növ bu addımı ilə komitənin ləğvini istəyənləri “cəzalandırmaq” istəyir. Ancaq uzun illərin müşahidələri göstərir ki, komitənin fəalliyyəti büdcədən ayrılan milyonlarla vəsaitə akdekvat deyil.\\Vətəndaş və İnkişaf Partiyası (VİP) sədri Əli Əliyev “Cümhuriyət” qəzetinə deyib ki, bütövlükdə bu cür halların ortaya çıxmasının səbəbi yarıtmaz idarəçilikdir: “1992-93-cü ildə demokratların hakimiyyəti zamanı “Xankəndinə girək-girməyək” məsələsini müzakirə edirdik. Ermənilərin nümayəndə heyəti xahişə gəlmişdi ki, Azərbaycan ordusu hücumu dayandırsın. O, zaman Azərbaycan Dağlıq Qarabağı tamamilə özünə qaytarmaq ərəfəsindəydi. Biz artıq bu məsələləri müzakirə edirdik. 24 illik YAP hakimiyyəti dövründən sonra isə biz Dağlıq Qarabağın dünyada siyasi faktor olduğunu müzakirəyə çıxarırıq. Dağlıq Qarabağ adına sahib çıxmaq istəyən kiçik bir qrupun Rusiyada gülüş yarışmasından uzaqlaşdırılmasını az qala qələbə kimi qiymətləndiririk. Bütövlükdə bu cür halların ortaya çıxmasının səbəbi yarıtmaz idarəçilikdir. Hakimiyyət öz konstutsion vəzifəsini yerinə yetirməlidir. Məni nə Novruz Məmmədovun açıqlaması, nə nazirlərin hədəfə gəlməsi maraqlandırır. Burada söhbət Azərbaycanın milli maraqlarından və suverenliyindən gedir. Dağlıq Qarabağ Azərbaycanın hüquqi fazasına qaytarılmalıdır. Bunu isə edəcək siyasi qüvvə hakimiyyətdir. Hakimiyyət isə bunun icrasına artıq başlamalıdır ki, bu cür hadisələrlə Azərbaycan xalqının hissiyatı ilə oynamasınlar”.\\Vilayət Muxtar
- Ana səhifə
- Siyasət
- Məmmədov “vurulacaq” nazirləri nişan verdi?
Məmmədov “vurulacaq” nazirləri nişan verdi?
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi