Yuxarı

AXCP sədri Razi Nurullayevdən Lapşinlə bağlı təklif

AXCP sədri Razi Nurullayevdən Lapşinlə bağlı təklif

“Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edən, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayan, öz bloqunda Dağlıq Qarabağı müstəqil respublika kimi qeyd edən İsrail və Rusiya vətəndaşı, fitnə toxumu səpən “bloqçu” Aleksandr Lapşin Minskdən Bakıya ekstradisiya olunub. Bu, Azərbaycana başucalığı gətirən bir məsələdir və bunu təqdir edirəm”.Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. R.Nurullayev Lapşinin Azərbaycana ekstradisiyasını yüksək qiymətləndirib:“Fitnə toxumu səpən kimliyindən asılı olmayaraq, hansı güclü dövlətin vətəndaşlığından güc almasına baxmayaraq ən sərt cəzaya məruz qalmalıdır. O cümlədən Lapşinə də heç bir güzəşt edilmədən ədalətli məhkəmə keçirilməli və cəzasını almalıdır.Biz Azərbaycanda demokratiya və azadlıqlar uğrunda mübarizə aparırıq. Belarusda da bu sahədə problemlər var. Buna baxmayaraq, Belarus dövlətinin atdığı bu addımı yüksək qiymətləndirir və Belarus prezidenti Aleksandr Lukaşenkoya da təşəkkürümü bildirirəm. Belarus Respublikası ilə uğurlu danışıqlar aparan Azərbaycan tərəfinə, o cümlədən bu məsələdə prinsipiallıq göstərən Azərbaycan prezidenti İlham Əliyevə də təşəkkürümü edirəm.Ümid etdiyimi bildirmək istəyirəm ki, Lapşin cəzasının ən azından xeyli bir hissəsini Azərbaycanda çəkəcək və o, başqa tərəfə verilməyəcək. Çox yaxşı olardı ki, onun məhkəməsi Azərbaycan televiziyaları tərəfindən Azərbaycan, rus və ingilis dillərində canlı olaraq yayımlansın. Bu, Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar Ermənistana və fitnə toxumu səpən havadarlarına ən layiqli cavab olacaq.Bu fitnə toxumu səpən namərdin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə əməlləri var. Qoy ədalətli məhkəmə onun taleyini həll etsin!”Vilayət Muxtar





Həftənin ən çox oxunanları