Yuxarı

“Artıq susanlar da danışır”

“Artıq susanlar  da danışır”

 Rafiq Daşdəmirli: “Narazı xalqı təşkilatlandırmaq lazımdır”“Haqsızlıqlar yalnız bu ölkə vətəndaşlarına edilir? Ölkəni tərk edib xarici ölkəyə sığınan azərbaycanlılar belə haqsızlıqların qurbanı deyilmi?! Dənizdə ölənlər, intihar edənlər, yetim qalanlar, qışda çöldə donanlar, imkansızlıqdan ailəsi dağılanlar, haqsızlıqdan narazı olanlar deyillərmi? Haqsızlıq ölkəni o qədər bürüyüb ki, ölkə vətəndaşı çıxış yolu aramaq da istəmir. Bu haqsızlıqların, yaşanan problemlərin birbaşa günahkarı məmur səriştəsizliyi və özbaşınalığıdır”.Bunu “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirli deyib. AXCP yetkilisi bildirib ki, ölkədə problemlər və narazılar günü -gündən artır: “Hər kəs ölkədəki narazılıqdan danışanda qan ağlayır. Hətta elə vəziyyət yaranıb ki, dünən susanlar da bu gün danışmağa başlayıblar. Neçə illərdir səsini kəsib gözünü yummuş laqeydlər də ölkədəki vəziyyətdən, bahalıqdan, yoxsulluqdan danışırlar.Artıq hər kəs yaşayış durumunun ağırlığından, vəziyyətinin kritik həddə çatmasından şikayətlənir. Hətta balaca məmurlar belə danışmağa başlayıblar. Hiddət artır, narazılar çoxalır. Problemləri sadalamaqla, yazıb tənqid etməklə heç nəyi dəyişmək olmayacaq.Ölkəni bu vəziyyətdən çıxarmaq istəyənlər isə hələ də fikirləşməkdədirlər”.AXCP funksioneri hesab edir ki, siyasi müxalifət narazı insanlarla iş aparıb onları öz sıralarına qatmalıdır: “Narazılarla işləmək, indiki şəraitə uyğun tələblərlə çıxış etmək lazımdır. Bu baxımdan bir neçə siyasi partiyanın fəaliyyəti alqışa layiq olsa da, digərləri haqqında bunu demək olmaz.Xalqın təşkilatlanması üçün bu günki qədər münbit şərait olmayıb. İndiki şəraitdə yeni təşəbbüslərlə çıxış etmək, insanlara arxa durmaq zamanı çoxdan yetişib. Hansısa təşkilat, lokal, dinc və itkisiz tədbirlərlə sükutu pozmalı, fəallığı artırmalıdır. Əks halda, insanların inamı sönəcək,haqsızlıqlar və problemlər qarşısında aciz qalacaq” .“Cümhuriyət”





Həftənin ən çox oxunanları