Yuxarı

Vitse-prezident müxalifətdən olacaq?

Vitse-prezident  müxalifətdən olacaq?

 Sərdar Cəlaloğlu: “İqtidar müxalifəti ümumiyyətlə, qəbul etmir”Vüsal Qarayev: “Hakimiyyət bu addıma gedə bilər”Əli Orucov: “Müxalifət icra orqanında necə təmsil oluna bilər”Tural Abbaslı: “İnanmıram”Aprel ayına qədər  vitse-prezidentlik institutunun Əsasnaməsi qəbul ediləcək və bu postlara təiyantlar olacaq. Bəzi iddialara görə, ciddi siyasi və struktur islahatları ərəfəsində olan hakimiyyət komandanı kəmiyyət və keyfiyyət etibarilə tamamilə dəyişmək niyyətindədir. Bu məqsədlə komandaya siyasi müxalifətdən də şəxslərin dəvət olunacağı gözlənilir. Hesab edilir ki,  vitse-prezidentlərdən biri müxalifətdən ola bilər.“Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu cür iddiaların heç bir əsası yoxdur: “Azərbaycan iqtidarı ümumiyyətlə, müxalifətin olduğunu etiraf etmir. Hətta sosial cəmiyyətdə belə bunu demir. Müxalifət təmsilçisini necə vitse-prezidentlik postuna təyin edə bilərlər? Bunlar absurd iddialardır”.Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə bildirib ki, hökumət yaranan narazılığı aradan qaldırmaq üçün belə bir addım ata bilər: “Bir neçə ay bundan öncə qətiyyən belə bir şeyin mümkünlüyünə inanmazdım. Ancaq son zamanlar ölkədə sosial-iqtisadi və siyasi durum xaos həddinə çatıb. Cəmiyyət  hər an “partlayış”a hazırdır. Hakimiyyət də bunun fərqindədir və daxildə ciddi narahatlıq yaranıb. Konkret desək, hökumət hadisələrin gedişinə nəzarəti itirib. Hakimiyyət bunları nəzərə alıb, özünü sığortalamaq üçün bu varianta əl ata bilər. Bu qismən xalqın könlünü və   xarici təzyiqlərin qarşısını ala bilər. Ancaq bir məsələ çıxır ortaya: namizəd kim olacaq? Bax, bu, çətin seçimdir. Çünki, seçim zamanı hakimiyyət içində ciddi əks fikirlər meydana çıxa bilər. Hər bir oliqarx, yüksək çinli məmur öz namizədini təklif edəcək. Amma bütün bunlar gerçəkləşsə belə, Azərbaycanı  mövcud xaosdan qurtara bilməyəcək. Xilasın yolu birdir, hökumət istefaya getməlidir, yaxud göndərilməlidir”.Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) siyasi şurasının üzvü Əli Orucov isə deyib ki, bu cür iddiaların ümumiyyətlə, nə hüquqi, nə də siyasi məntiqi yoxdur: “Vitse-prezidentlik postu icraedici orqandır. Necə ola bilər ki, icra orqanında müxalifət təmsil olunsun? Bu gülünc səslənir. Bu ancaq parlament üsul-idarəsi olan ölkələrdə mümkündür. Kabinet bölünər və ya koalisyon hakimiyyət qurula bilər. İcra strukturunda, prezidentin yaratdığı ququmda müxalifət necə təmsil oluna bilər?”Ağ Partiyanın sədri Tural Abbaslı da hökumətin belə bir addım atacağına inanmadığını deyib: “Əgər normal demokratik ölkə olsaydı, vitse-prezidentlik postunda müxalifət partiyalarından kiminsə oturması mümkündürı. Bu ümumi dövlətin, millətin xeyrinə aid olan bir məsələ olardı. Bizdə prezident üsul-idarəsi olduğu üçün qərarverici şəxsin yanında müxalif fikirli birinin olması müsbət addımdır. Amma bu hökuməti tanıyan biri kimi deyə bilərəm ki, bu cür addımın atılacağına inanmıram.Hakimiyyət bu addımı atsa, öz daxilində ciddi parçalanmalar baş verər və nəticədə böhran dərinləşər. Bu baxımdan da müxalifətdən kiminsə bu posta təyin ediləcəyinə inanmıram”.Vilayət Muxtar 





Həftənin ən çox oxunanları