Nazim Baydəmirli: “İslahatların genişləndirilməsinə ehtiyac var”Azərbaycan prezidenti İlham Əliyev qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən, xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.QTA-a birləşdiriləcək strukturlarQərara əsasən, agentlik 2018-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq. Hökumətin bu təşəbbüsünün görünməyən tərəflərinə gəlincə hesab olunur ki, bu 2017-ci il üçün nəzərdə tutulmuş “Yol xəritəsi”nin - ciddi struktur islahatlarının tərkib hissəsi olacaq. Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi bu addımlardan biri idi. Gələn məlumatlara görə, il ərzində islahatlar davamlı olacaq və biri-birilərinə paralel hesab edilən bir sıra qurumlar ləğv edilərək alternativ strukturlara birləşdiriləcək. Qida Təhlükəsizliyi Agentliyinə alternativ sayılan qurumların ləğv edilərək, bu struktura birləşdiriləcəyi də gələn məlumatlar arasındadır.“Yol xəritəsi” əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, bu qurumun yanında fəaliyyət göstərən Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti QTA-a birləşdiriləcək. Hökumətin struktur islahatlarının tərkib hissəsi olaraq, Kənd Təsərrüfatı Nazirliyinin ləğvi də gündəmdədir. Gələn məlumatlara görə, nazirlik ləğv edilərək İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında bölüşdürüləcək.Dövlət Baytarlıq Xidməti ilə bağlı təklifİqtisadçı Nazim Baydəmirli “Cümhuriyət” qəzetinə bir-birilərinə alternativ olan qurumların bir strukturda birləşdirilməsinin vacib olduğunu bildirib. N.Baydəmirli hesab edir ki, dövlət büdcəsindən maliyyələşən paralel strukturların birləşdirilməsi ölkənin iqtisadi həyatı üçün vacib məqamlardan olardı: “Bir sıra strukturların Qida Təhlükəsizliyi Agentliyinə birləşdirilməsi bu baxımdan mümkün ola bilər. Əslində ilk növbədə Nazirlər Kabinetinə əl gəzdirmək daha məqsədəuyğundur.Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin adlarını çəkdiyiniz və digər strukturlarla oxşar funksiyaları var. İdxalat və ixracatla məşğul olan, sertifikatlaşdırma işlərinə baxan qurumlar da bura daxildir. Məsələn, Dövlət Baytarlıq Xidmətinin də bu qurumlar və Qida Təhlükəsizliyi Agentliyi ilə müəyyən oxşarlıqları mövcuddur. Bu baxımdan bu xidmətin də agentliyə birləşdirilməsi məqəsədəuyğun olardı”.“İslahatların genişləndirilməsinə ehtiyac var”İqtisadçının sözlərinə görə, təkcə qida sahəsi yox, iqtisadiyyatla bağlı biri-birlərini təkrarlayan çoxlu sayda qurum var: “Dövlət xərclərinə qənaət etmək, idarəçiliyi dinamikləşdirmək, qərarların tez icra olunması, bürokratiyanın azaldılması baxımından belə addımların atılacağını gözləmək lazımdır. Güman edirəm ki, bu addımlar sürətli və tez atılmalıdır. Eyni zamanda 40 qurumu özündə birləşdirən Nazirlər Kabinetinin də dünyada analoqu yoxdur.Kabinet “Ginnesin rekordlar” kitabına düşə bilər. Sivil ölkələrin Nazirlər Kabinetlərində 16-17 nazirlik var. Digər ölkələrdə baş nazirin 2 müavini olur, onlar həmçinin nazir funksiyalarını yerinə yetirirlər. Azərbaycanda isə baş nazirin 6 müavini var. Nəticədə qərarların icrasında dinamiklik olmur. Buna görə də bir çox qurumların ləğvi gündəmdədir. İslahatların genişləndirilməsinə ehtiyac var”.Mənsur
- Ana səhifə
- Siyasət
- Daha bir neçə nazirlik birləşdirilir
Daha bir neçə nazirlik birləşdirilir
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi