Yuxarı

Razi Nurullayevdən yeni təyinatla bağlı dəyərləndirmə

Razi Nurullayevdən yeni təyinatla bağlı dəyərləndirmə

“Mehriban xanım Əliyeva Prezident İlham Əliyev tərəfindən birinci vitse-prezident təyin edildi və referendumda nəzərdə tutulan dəyişikliklərin icrasına start verildi. Bu qərar gözləntilərimizlə üst-üstə düşdü, çünki onsuz da bu qərarın veriləcəyində əminliyimiz vardı”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. Onun sözlərinə görə, başqa qərarın gözləntisi də Azərbaycan siyasətindən xəbərsizliyin göstəricisi olardı:“Nə dəyişəcək? Bilmək olmaz. Onsuz da Azərbaycan iqtidarının siyasəti bəzi aydın görünən məqamlardan başqa proqnozlaşdırılan deyil. Amma bir məsələ var ki, artıq birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva birinci xanım kimi ölkə siyasətində çox fəallıq göstərirdi. Bundan sonra formal vəzifə sahibi kimi bir çox siyasi qərarların qəbul edilməsində birbaşa iştirakçı olacaq. İndi qalır vitse-prezident gözləntilərimiz. Əminik ki, təəccüblənməyəcəyik. Çox uzağa baxmaq da lazım deyil”.Alçina Amilqızı





Həftənin ən çox oxunanları