Yuxarı

Partiya sədrləri ümummili problemləri xaricdə qaldırırlarmı?

Partiya sədrləri ümummili problemləri xaricdə qaldırırlarmı?

partiyalar_siyasi“Belə təcrübə Azərbaycanda var” İnkişaf etmiş ölklərdə iqtidar partiyası ilə yanaşı müxalifət partiyaları da ümummilli problemləri gündəmə gətirilməsi və onun həlli istiqamətiundə ciddi və praktiki addımlar atırlar. Nümunə olaraq qardaş ölkə Türkiyəni göstərmək olar. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sdəri (CHP) Avropa turuna çıxdı. Səfər çərçivəsində müxtəlif avropalı siyasilərlə görüşən Kılıcdaroğlunun gündəmində olan əsas məsələ PKK terror təşkilatı idi. Yəni Türkiyə dövləti ilə yanaşı müxalifət partiyaları da milli məsələlərdə dövlətçilik prinsiplərini öndə tutaraq problemin həlli isriqamətində səylərini əsirgəmirlər. Belə təcrübə Azərbaycanda varmı? Azərbaycan siyasi partiyaları bu tipli səfərlər edirlərmi? “Cumhuriyyət” bir sıra partiyalar arasında keçirdiyi sorğuda buna aydınlıq gətirməyə çalışıb. Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, belə nümunə Azərbaycanda da var: “Mən şəxsən onlarla Avropa ölkəsində olmuşam. Qarabağla bağlı diunləmələrdə məruzəçi qismində də çıxış etmişəm.  Azərbaycanda Türkiyədən əvvəl bu addım atılıb. Biz Avropa dövlətlərinin parlamentlərində Qarabağ dinləmələri təşkil etdik. Yəni belə bir təcrübə var. Belə turnelər bizdə olub. Biz Avronestin xətti ilə getdik Fransa, İspaniya, Belçika və bir sıra digər Avropa ölkəlkərində müzakirələr apardıq. Avropa parlamentlərində Qarabağla bağlı dinləmələrin keçirilməsi çox böyük bir məsələdir. 200-250 parlamentari oturub bizi dinləyir, sonra müzakirələr gedir”. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli dedi ki, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dəfələrlə xarici ölkələrdə səfərlərdə olub: “Güney Azərbaycan, Dağlıq Qarabağ və digər problemlərlə bağlı görüşlər keçirib, müzakirələr aparıb. Bu siyahıya Xocalı soyqırımı və digər taleyüklü məsələləri də aid etmək olar. Yəni bu məsələlər VHP tərəfindən Avropa ölkələrinin parlamentlərində dəfələrlə qaldırııb. Məsələn Avstraliya parlamenti, ABŞ konqresində, Türkiyə Böyük Millət Məclisində, BMT-də görüşlər keçirib. Məsələn, mən Sabir Rüstəmxanlını bəzi Avropa səfərlərində müşayiət etmişəm. İsveçrə parlamentində keçirilən görüşləri buna misal olaraq deyə bilərəm. Sabir Rüstəmxanlı Rusiyada, həm Moskva həm də digər şəhərlərdə Qarabağ və digər məsələləri deputatlarla, eyni zamanda əyalət deputatları ilə müzakirə edib.  Bu cür səfərlər bizdə ona görə diqqəti cəlb etmir ki, Türkiyədə partiya sistemi daha möhkəm, daha qədimdir. Türkiyənin televiziyaları da azaddır və partiyaların səfərlərini işıqlandırırlar. Amma Azərbaycanda televiziyalar partiyalara o qədər də yer ayırmır”. Azərbaycan Sosialist Partiyasının (ASP) sədri Elşən Həsənov bildirdi ki, maraqlı olduğu qədər də düşündürücü sualdır: “Deyərdim, sualın özünü şərh etməkdən ötrü elə incəliklərə baş vurmalısan ki, bu da xeyli zaman apara bilər. Üstəlik xoşagəlməyən diskussiyalara yol aça bilər ki, bu da arzuolunmazdır. Lakin mən məsələyə başqa prizmadan yanaşaraq sualı belə qoyardım: - Müxalifətə belə bir imkanı yaradan və ya verən varmı? İkinci sual: - Müxalifət özü bunu istəyirmi və ya buna hazırdırmı? Bu suallara cavab verilsə, məncə hər şeyə tam da olmasa, müəyyən dərəcədə aydınlıq gətirilə bilərdi. Sizə bir misal çəkim. Bir neçə il bundan öncə təmsil etdiyim və sədri olduğum Azərbaycan Sosialist Partiyasının təşəbbüsü ilə bizim yerli sol partiyalar, Ermənistan sol partiyalarına Qarabağ münaqişəsi ilə bağlı olaraq, bitərəf ərazidə görüş keçirib müzakirələr aparmaq təklifi ilə müraciət erdi. Müraciətimiz Ermənistan mətbuatı vasitəsi ilə bir neçə gün tirajlansa da, təəssüf ki, bizim mətbuat bu barədə çox xəsisliklə informasiya vermiş oldu. Əslində biz, Ermənistan tərəfinin belə bir görüşə getməyəcəyini proqnozlaşdırmışdıq və məqsədimiz də onların hətta partiya səviyyəsində müzakirədən boyun qaçırmalarını sübut etməkdən ibarət idi. Azərbaycan tərəfi olaraq belə bir addımdan bəhrələnə bilərdik. Lakin təəssüflər olsun ki, bizə nəinki dəstək gəlmədi, hətta bəzi dırnaqarası siyasi meyidlərin sifarişli tənqidinə məruz qaldıq. Düşünürəm ki, müxalifət dediyimiz qüvvələrin hər bir sağlam addımını ilk növbədə hakimiyyət özü dəstəkləməlidir. Təbii ki, müxalifətin zəif, uğursuz addımlarını da nəzərdən qaçırmaq olmaz”. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü  Əli Orucov da bildirdi ki, Azərbaycan siyasi partiyalarının belə bir təcrübəsi var. Onun sözlərinə görə, AMİP dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın problemlərini, ələlxüsus da Dağlıq Qarabaq münqişəsini, işğal faktorunu, hətta Güney Azərbaycan məsələsini müzakirələrə çıxarıb: “Bildiyiniz kimi AMİP dünyanın 70-dən çox ölkəsinin 80 sağ mərkəzçi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür. Eyni zamanda Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası ilə sıx əməkdaşlıq edir. Bu geniş əlaqələr imkan verir ki, müxalifət partiyası olaraq AMİP həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırsın. Nə yazıq Azərbaycanda Türkiyədəki kimi bütün TV-lər azad deyil və müxalifət düşərgəsinin fəaliyyətinin işiqlandırılmasına yer verilmir. Ona gərə də cəmiyyət görülən işlırdən xəbərsiz qalır, yaxud kifayət qədər məlumatlandırılmır”. Cavad





Həftənin ən çox oxunanları