Yuxarı

Azərbaycanlılar Səlahəddin Dəmirtaşa səs verib?

Azərbaycanlılar Səlahəddin Dəmirtaşa səs verib?

AXCP sədri: "Bu bölücülük siyasətinə xidmət edən məlumatdır" ABŞ-ın nüfuzlu telekanalı olan CNN 2015-ci ildə Türkiyədə keçirilmiş parlament seçkiləri ilə bağlı ilginc iddia ilə çıxış edib. TV-nin Türkiyədə keçiriləcək referenduma həsr etdiyi reportajda Xalqların Demokratiya Partiyasından (HDP) geniş bəhs olunub. Diqqətə çatdırılıb ki, kürd partiyası seçkilərdə 13% səs qazanıb. CNN seçkilərdə HDP-yə səs verən azlıqlar içində Türkiyədə yaşayan və oranın vətəndaşı olan azərbaycanlıların olduğunu iddia edib. Mənbə adımızı ermənilər, ələvilər, assuriyalılar və cinsi azlıqların siyahısında çəkib. Cebhe.info xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bu iddia ətrafında araşdırma aparıb. AXCP sədri CNN-nin bu iddiasına inanmadığını və bunun mümkün olmadığını diqqətə çatdırıb. Onun fikrincə, bu bölücülük siyasətinə xidmət edən məlumatdır və həqiqəti əks etdirmir. Sifarişi kim verib? CNN-ə Amerikadakı erməni diasporu tərəfindən maliyyə yardımının ayırdığı heç kəsə sirr deyil. Təsadüf deyil ki, zaman-zaman bu telekanalın efirində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən bir sıra proqramlarda Azərbaycanın ərazi bütövlüyü təhrif olunub. Bu baxımdan seçkilərdə azərbaycanlıların separatçı kürdlərin PKK terror təşkilatının siyasi qanadı olan HDP-yə səs vermələri hesab etmək olar ki, növbəti təxribatdır. Reportajın bu hissəsinin siyasi sifarişlə hazırlandığına da şübhə yoxdur. Çünki həm ABŞ, həm də Türkiyədə kürd və ermənilərə yaxın bir sıra media qurumlarının iddialarına görə, Azərbaycanda və Türkiyədə yaşayan azərbaycanlılar arasında kürdlərə, PKK-yə böyük simpatiya var. Hətta bəzən Azərbaycandakı bir sıra iri şirkətlərin rəhbərlərinin, o cümlədən, oliqarxların PKK-ya maliyyə yardımı ayırdıqlarını gündəmə gətirirlər. Bu baxımdan CNN-nin məlum reportajının azərbaycanlılar və Türkiyə türkləri arasında təfriqə toxumu səpmək məqsədi daşıdığı üzərində düşünmək olar. Nəzərə alsaq ki, qarşıdan Türkiyədə keçiriləcək referendum gəlir və azərbaycanlı seçicilər hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya əlavə və dəyişiklik layihəsinə “HƏ” deməyə hazırlaşırlar, bu baxımdan bu, yerli cameənin baxışı müstəvisindən azərbaycanlılara qarşı inamsızlıq aşılamağa xidmət edir. Əgər azərbaycanlıların kompakt yaşadığı bölgələrdən (İğdır, Qars, Ərdahan və s.) sandıqlardan böyük çoxluqda “YOX” çıxsa, bu zaman həmin mənbələr bunu azərbaycanlıların adlarına yazacaqlar. Digər etnik qruplara gəlincə, assuriyalılar, kürdlər, ermənilər və digərlərinin HDP-yə səs verdiklərinə şübhə yeri yoxdur. Çünki bu etnik qruplar Türkiyə əleyhinə fəaliyyət göstərən bütün siyasi, qeyri-siyasi, hətta terror təşkilatlarının cəbhələrində yer alırlar. Mənsur  





Həftənin ən çox oxunanları